Qarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...

Qarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...



Fədai .az saytından başqa, mənim yubileyim heç yerdə qeyd edilmədi. Görəsən təmənnasız şəkildə daha hansı xidmətləri etməliymişəm, bu millətə?

Qazilər.az! Başda sən olmaqla hamınızdan soruşuram. Dövlətdən artıqlamasiylə faydalanan sizlər, bu günədək bir qəpiklik xeyir görməyən mən? Heç veteran vəsiqəsi də almadım, saxtalara etiraz olaraq. Qısqanclığınız hara, hərbi vətənpərvərliyiniz hara? Sizlərin bu laqeydliyi müqabilində, hakimiyyəti qınamaq olmur. Bir belə qrup fəaliyyət göstərir burda, kimləri təbliğ edirsiniz, əgər mənə quru təbrik yazmırsınızsa? İllərdir, reklamınız getdi, susdum, yetər.

Ağdamda ayaq altına Dağlıq Qarabağdan ac, yarıçılpaq, yaralı çıxarılanları isti ocaqlara mən daşıyanda hardaydı, bolluca təriflədikləriniz?

Avtobaza müdürü Çingizi tapın soruşun, neçə avtobus apardığımı. Sulu qar altında su çəkmiş dəri çəkmələrimi günlərlə ayağımdan çıxarmırdım. Qərərgahda başımı stola söykəyib mürgüləməyə imkan yoxuydu. Bir gün ayaqlarımı isitməyə döydüyüm qapını, təsadüfən şuşalı Xoffer rəhmətliyin xanımı açmışdı. Zəminə Dünyanalıyevanın bacısı, ayağıma geyməyə corab vermişdi.

Ağdam məscidindən uğurladığım cənazələrin sayını itirdim. Xaçmaz bölgəsindən Hacı Qulam kişi və rəhmətlik molla Muxtar bilirdi. Niyə mənə bu qədər ögeysiz, niyə? Axı, mən Ağdamın səfasını heç dadmamışdım, ancaq cəfasını çəkdim.

Bəlkə Şirin, Allahverdi, Fred Asif, general Ərşad, Qatır Məmməd, Cəfər sağ olsaydı, verərdilər qiymətimi, necə ki, sağlıqlarında sayırdılar.

Bəlkə, sizlərdən fərqli olaraq Qobustanda güllə-boran edilmiş Faiq Baxşalıyevi son mənzilə tək qadın olaraq qoyanda səhv etmişdim? Polisə yerləşdirdikləri qohumları kənardan baxanda sinəmi qabağa verib ehsan bişirtmişdim. (Bunu yazdım ki, indiki gənclik nələrdən keçdiyimuzi bilsin.)

Dəfn təşkil etdiyimiz Deponun yataqxanasıbda işıqlar söndürüləndə Binəqədi rəisi rəhmətlik Ələmdarı silkələyən də mən idim. Allah ona rəhmət eləsin.

Yataqxana həyətində qaynaşan mülki geyimli KQB- çilərin yaxasını arvadlara dartdıran da mən idim, yasa camaat yığışsın deyə, belə etdim. Belə yığdıq camaatı o yasa.

Bəxtiyar kişiylə Tamara xalanı ora gətirdim ki, camaat da gəlsin. Otaqında stul da yox idi, sexdən gətirtdim.

Bilirsənmi, Rey Kərimoğlu, aeroport yolunda Faiqin cənazəsini aparan maşının qabağını da kəsən məniydim, taksinin baqajı dolu qərənfili cənazənin üstünə tökəndən sonra molla dedi qayıt, qadın getməz qəbristana. Onda məni kişilər müdafiə etdilər ki, Həcər gedər. Getdim də, hamınızın əvəzinə laylasını da dedim. Xeyli müddət də evindən ayağımı kəsmədm. Amma öyrən gör, o, hansı qəzet redaktoruydu ki, Faiqin arvadını işdən çıxarıb,3 balasını çörəksiz qoymuşdu...

Öyrən gör, yerlin Əliş kimdir, niyə o ailəni Rövşən vurulan gün bəxş etdiyi evdən çölə tökmüşdü? Faiq qaçan gün, xanımı əməliyyatda olan gün. Mən çərləmişəm bu dərdlərdən, sənsə bir gün də olsun silmədin göz yaşımı, bircə dəfə adımı anmadız.

Bəlkə, Rövşənin mafəsini qucaqlayıb qapı aqzından götürülməsini əngəlliyən, Kamo müəllimin, Rövşənin qaynı Xəlilin əlində kurtqasının düymələri qalan mən olmamışam, piyada, çiyinlərdə gedəcək bu tabut,maşında xəlvət aparıla bilməz, deyən mən idim, mən.Tamara xanımın bir qolunda mən, digərindəsə Xuraman xanım gedirdi.

Bax, həmin gün Lalə Şövkət məni çağırıb evində demişdi: "Ölsəm, məni beləcə yola sal..."

Bərdə alayının yaranmasında brilliyantlarımı ortaya qoyanda, Bərdədə Yağ Mayanın oğlu Mirələmə satdığım qızılların puluylaydı yardımlarım. 33 avtomat, 3 tapançanı o alaya hədiyyə edəndə, sərhəd boyunca bacardığımı edəndə hardaydılar, göylərə qaldırdıqlarınız? Adlarını batalyonlara yazdırıb indi at oynadanlardan olmadım. Prezidentlərin təklif etdiklərindən imtina edən məniydim, Xanım yox. Yaqub Məmmədov hələ sağdır soruşun. Bərdəyə icra başçılığından imtina etməyimi qəbul etməmişdi. Mənsə səngərləri seçmişdim...

3-cü sovxozdan tutmuş, Tovuzdan Şəmsəddinə, mayın 2- də Etibar döyüşçülərlə girəndə, neçə -neçə döyüş batalyonuna fəxri üzv seçildiyimi necə, eşitmədinizmi?

Yoxsa, yanan Xocalının faciəsinə hərbi vertalyotla uçub geniş çəkiliş apartdırdığımı da bilmirdiniz? Gedin, Fəhmin Hacıyevdən sorun, vertalyotu o verdirdi. Yanımdakı əl pulemyotçuları Xocalıdan çıxmış Vidadi və İsmayılla birgə, tapın soruşun. Aşağıda baş verənləri gördükcə başımı vertalyotun divarlarında qanatdığımı da soruşun. Ermənilərin atəşə tutduğu pilot geri dönəndə, kabinaya 2 dəstə yüzlük atmışdım. Bu pullarsa, atamın Stepanakert kassalarından gətirtdiyim pulları idi, Bərdəyə köçürdürmüşdüm.


Şurin Mirzəyevə Şirin Mirzoyan deyənləri, susduran məniydim, sizlər döyüşəndə. Qazançıya ardınızca çıxan, Xramorda sınıq tyaqaçda çıxan da məniydim. Çıxdım ki, Dadaş Rzayev kömək gətirsin, mühasirədən çıxarsın, Qatır Məmmədi. Bax,onda Canpolad qarşıma çıxdı: "Qayıt, buradan, qadın meyiti sürüməyəcəm"-dedi. Mən isə, heç kəsə qulaq asmazdım...

Ölümün üstünə yeridim, Şuşa veriləndə atəş altında olan Yarmadan gedirdim, qollarımı burub maşlna basdırmışdı müstəntiq Oktay, heyf ki, ölməyə də qoymadılar.

Yüzlərlə faktım var. Efirlərdən bir kəs adımı çəkmədi. 65 yaşım tamam oldu. 70- i görəcəyəmmi?

Daha sizin tək "qardaşlar"dan heç nə ummaram. Amma, zəngin materiallarım var, deməyə sözüm də çoxdur. Hələ, bu harasıdır?

Gör məni kimlər təmsil edir, daha dərd etməyəcəm, çünki, "elin gözü tərəzidir, tərəzi"...

Kölgəmdə itməkdən qorxanlar, bilsinlər ki, tarix yamaq götürməz, hələ Qarabağ qalasında isə heç götürməz...

Qarabağın Həcəri Səbirə Mahmudova

P.S. "Xanımdan yaş soruşmazlar"- deyə Səbirə xanımın yubileyindən xəbərsiz bir təbrik ünvanlamıdıq. Bu dəfə xəbərdar olaraq Qarabağın Həcərini bir yubilyar kimi təbrik edirik və bircə arzumuz, Səbirə xanımın qarış-qarış dolaşdığı Qarabağ torpaqlarında yenidən zəfər müjdəli günlərdə yenidən dolaşmasıdır. Düşünürük ki, Səbirə xanımın da ilk istəyi və arzusu elə budur. Tanrı sizi bütün arzularına qovuşdursun, Həcər xanım!

Qarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...
30 noyabr 2019 /

Qarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...

Похожие новости

TƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ

Qarabağın ağır günlərində isti ailə ocağını soyuq səngərlərə dəyişən, həyat yoldaşı ilə çiyin-çiyinə döyüş yolu keçmiş, qəhrəman qadınlarımızdan olan Səbirə Mahmudovanın ad günüdür. Qarabağın

TƏBRİK: SƏBİRƏ MAHMUDOVA -QARABAĞIN HƏCƏRİ

Öz həyatının gənclik illərini toraqlarımızın müdafiəsinə həsr etmiş Səbirə Mahmudova daha bir ad gününü Qarabağsız keçirdi. Əldə silah Qarabağı qarış-qarış dolaşan döyüşçü Həcər xanım öz yaddaşında

QARABAĞ VETERANI SƏBİRƏ MAHMUDOVA (QARABAĞIN HƏCƏRİ) KEÇMİŞ DÖYÜŞÇÜLƏRƏ SƏSLƏNDİ

Qarabağ döyüşçülərinə! Möhtərəm oğullar, Amerikada olan hərbi jurnalustimiz Gül Arifqızı bir qadınla bağlı sorğusunu mənə də ünvanlamışdı. Həmin qadın hazırda Türkiyənin İzmir şəhərində yaşayan

Ramiz Rövşənin 71 yaşı tamam oldu

Görkəmli şairimiz Ramiz Rövşənin 71 yaşı tamam oldu. Bu münasibətlə böyük şairimizi veteranlar adından təbrik edir və yaradıcılıq uğurları arzulayırıq. Qara paltarlı qadın Ramiz Rövşən Kişilər bir

TƏBRİK: SƏBİRƏ MAHMUDOVA (QARABAĞIN HƏCƏRİ)

Öz həyatının gənc illərini toraqlarımızın müdafiəsinə həsr etmiş Səbirə Mahmudovanın daha bir ad günü Qarabağsız keçdi. Qarabağı qarış-qarış dolaşan döyüşçü Həcər xanım öz yaddaşında bir tarixin
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Niyə İran generalını ermənilər sevir, azərbaycanlılar isə sevmir...Türkiyənin dostu Rusiyamı, Amerikamı?Veteran statusu ala bilməyən veteranlar...Müharibə veteranları ilə görüş keçirilibAzərbaycan şəhərlərinin divarlarına həbsdə olan azərbaycanlı fəallara azadlıq tələbilə onların posterləri yapışdırıldıMüəllimlərin işə qəbulu qaydalarına bir sıra dəyişikliklər edilirSAĞLAM GƏLƏCƏYINƏ SƏS VER ! Məhsəti Əli qızı HüseynovaATMACA: Bizi Haykanuşun biclərinin əlindən xilas edin! - VİDEOAzay Quliyev təbliğat kampaniyasına möhtəşəm bir tədbirlə start verdi20 Yanvar iştirakçılarına birdəfəlik maddi yardım ayrıldıİnzibati Xətalar Məcəlləsinə əlavələr edilməlidirBabək müstəqil dövlətin hökmdarı kimi – Əsrlərlə gizlədilən gerçək tariximiz – I YAZIİran və Suriya ordusu irimiqyaslı hücuma keçdi - Türkiyə sərhədində XAOSDünyanın xoşbəxtlik ünvanı: KOSTA RİKAMİLLİ FƏLAKƏTƏ AZ VAXT QALIB...Əlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşibErməni cəllad ölümcül xəstəliyə tutulubBərdə rayonuna yeni prokuror təyin edilibRusiyanın yeni baş naziri Mişustin kimdir?BSU-da “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilibErmənilər Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılıq verir, amma...Deputat olmaq istəyənlər: Bunlara əməl etməsəniz, namizədliyiniz ləğv olunacaqƏlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşibMəktəb direktorunun diplomu saxta çıxdı, nazir İŞDƏN ÇIXARDIİlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!AVMVİB - də təltif mərasimiBaşımızın bəlası Bakı neftiBu il 1500 Qarabağ əlili və şəhid ailəsinə ev veriləcəkTürkiyə və ABŞ prezidentləri Liviyadakı vəziyyəti müzakirə ediblərPrezident Ramin Quluzadəni qəbul etdiRusiyanın yeni Baş naziri bu şəxs ola bilər - Putin namizədini açıqladıErmənistanın birinci prezidenti Paşinyandan inciyibAVMVİB Zəngilan şöbəsi veteranları da ağac əkmə aksiyasına qoşuldularİran təyyarəni vuranı deyil, görəni həbs etdiABŞ Konqresindən 20 Yanvar faciəsi ilə bağlı - BƏYANATAVMVİB Ağdaş rayon şöbəsi Anım tədbiri keçirib“Vətəni işğal altında olan gəncin əylənməyə haqqı yoxdur!”Daha bir veteranımız haqqa yürüdüSəfirlik: Mövqeyimizdə dəyişiklik yoxdur, Pakistan Ermənistanı dövlət kimi tanımırİranda jurnalistlər kütləvi şəkildə istefa verirlərTƏBRİK: QORXMAZ ASLANOV - 50Batalyon komandiri Cəfər: "Nə qədər ki, Bakıdan gələn olmamışdı, burada bir metr də torpaq getməmişdi"...Erməni əsgərinə güllə dəyib..Hindistanlı turistlərin Şəhidlər Xiyabanında klip çəkdirməsilə bağlı - Səfirlikdən açıqlamaPaşinyan ordudakı itkilər barədə ictimaiyyəti aldadırABŞ-ın planlaşdırılmış müharibələri“Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa” - VİDEOİrəvanda ermənilərə tərs şillə: - Qondarma soyqırımı tanımırıq!!!Hipatya öldürülməsəydi dünyamız özgə cür olardı...İstisi erməninin, tüstüsü bizim olan Bakı neftiAVMVİB - NİN FƏXRİ ÜZVÜNÜN DƏ NAMİZƏDLİYİ QEYDƏ ALINDIDeputatlığa namizədliyi qeydə alınmış veteranlarımızErmənistanda H1N1virusu tüğyan edirSüleymani öldürüldüyü anda üzərində olan əşyalar: pul, şeir kitabı və … - FOTOGürcüstanlı nazirdən Paşinyanın absurd fikrinə sərt reaksiyaİran Ermənistana Azərbaycan ərazilərini daimi işğalda saxlaya bilməsi üçün yeni nəfəslik açırBöyük Britaniya ABŞ-dan hərbi asılılığı azaltmaq istəyirBakıda Ermənistan konfetləri satılır - FOTOAVMVİB XƏBƏRLƏRİ: RAYON ŞÖBƏLƏRİNDƏQASIM SÜLEYMANİ KİMİN QƏHRAMANIDIR?- M. RIZA HEYETUkrayna təyyarəsini İran vurubsa... - Kiyevdən BƏYANATPakistan Səfirliyindən rəsmi açıqlama - "Pakistanla Ermənistan arasında heç bir əlaqədən söz gedə bilməz"Qarabağla bağlı Avropa İttifaqının növbəti təxribatı“Paşinyan Qarabağ klanının təzyiqi altındadır” - Sabiq səfirdən mühüm mesajlarHoradiz əməliyyatının komandiri deputatlığa namizəd olduQarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”Mevlud Çavuşoğlu Kərkük Türkmənlərinin lideri Salihi ilə görüşdüTƏBRİK: RAMİZ ƏLİYEV - 56AVMVİB Sumqyıt şöbəsindəAlmaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"Ukrayna təyyarəsini İran "səhvən vurub" -ABŞ mediasıZABİT ŞƏRƏFİAmerikalı professor Xamneyiyə Kardaşyanın iqamətgahını bombalamağı təklif etdiVeteranlar qəhrəmanın məzarını ziyarət etdilərSüleymanini erməni general öldürüb - İrəvan ÇALXALANIRMüharibə veteranı yol polisinə rəis təyin olundu - FOTOSait Nursi də xristian çıxdıDaha bir erməni hərbçi cəhənnəmə yolçuluq etdi“Biz qurduq... dilimiz də qurd dilidir...” - Azərbaycanda sensasion tapıntı - Səbuhi Məmmədli yazırABŞ-ın ən təhlükəli ordusu HƏRƏKƏTƏ KEÇDİ - İranla dəhşətli MÜHARİBƏYƏ DOĞRUNazir Prokurorluğa müraciət etdi – “Saxta əlillər”dən pullar geri alınacaqHərbi Prokuror Xanlar Vəliyev: “Ötən il tarixə islahatlar ili kimi düşdü”İlham Əliyevdən sərt xəbərdarlıqŞəhid olan hərbçimiz dəfn olunub - FOTOQasım Süleymaninin tabeliyində çalışan daha 1 “Sepah”çı Yəməndə öldürülübMEDİAMIZIN SON "OXUNAQLI" "ŞEDEVRLƏRİNİ TƏQDİM EDİRİK...Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdiSüleymani bölgə üçün təhlükəli birisi olub - VİDEOŞƏHİDİMİZ VAR...Atmaca: İran Süleymanini dəfn edə bilmədiPrezident “Azərişıq” ASC-yə yeni sədr təyin etdiATMACA: AMERİKA AVTOMOBİLİYLƏ "CƏNNƏT" REYSİ...Yanvarın iki həftəsi: Xomeyni ilə ABŞ-ın məxfi sövdələşməsiGeneral Zaur Rzayev: “Ürəyimdə bir arzu qalıb...”ABŞ-ın Azərbaycandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi458 nəfərin deputatlığa namizədliyi qeydə alınıb“Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır” - Mehriban ƏliyevaMurov Qartalı Şəhid polkovnik-leytenant Raquf Orucovun atası vəfat edibTəhsil Nazirliyi: 20 məktəbdə peşə təmayüllü sinif yaradılıbAVMVİB sədri eyni gündə anadan olduğu komandirini məzarı başında andı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ