İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri... » Fedai.az
fedai.az
» » İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...
» » İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...

    İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...


    İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...



















    Xaqani Ədəboğlu

    İƏT İstanbul zirvə toplantısında dövlət rəhbərləriylə yalnız Türkiyə, Qatar, Azərbaycan, İran və Fələsin iştirak edirdi. Qeyri müsəlman dövlətləri zirvəyə nümayəndələrini göndərmişdilər. Yəni ərəb dövlətləri siyasi dillə anlatdılar ki, onların Fələstin, yaxud da Qüds problemi yoxdur. "Amerikanın uşağı" olmaq Qüdsü sevməkdən daha xeyirlidir. Çünki Səudiyyə Ərəbistanı başda olmaqla bütün ərəb şeyxlərinin var-dövlətinin və sərvətlərinin taleyi ABŞ-la bağlıdır. Hətta qızıl ehtiyyatları belə ABŞ-da mühafizə olunur. Çox güman ki, Qüds siyasi gedişi elə bu sözdə "İslam birliyinin" təftişi ilə bağlı idi. Çünki rəsmi İsrailin mövqeyi elə ərəb dövlətlərinin mövqeyinə bənzər şəkildə səssiz qalmaqla ötüşür. Sanki bu çağırışın İsrail dövlətinə aidiyyatı yoxdur. İsrailin Baş naziri B. Netenyahu Trampın qərarını "sülh yolunda mühüm addım" kimi qiymətləndirib. Müdafiə naziri Aviqdor Liberman da öz mövqeyini Qüdsün paytaxt kimi tanınmasını qeyri dövlətlərin öz səfirliklərini Qüdsə köçürəcəklərinə ümüd etməsiylə bildirib. Digər bir rəsmi mövqedə isə bəzi müsəlman ölkələrin Fələstində səfirlik açmaq niyyətlərinə görə İsrail xəbərdarlıq edib. Rəsmi Təl-Əviv bəyan edib ki, belə qərarlar İsrail-Fələstin münaqişəsinin nizamlanması barədə 1993-cü ildə Osloda əldə edilmiş razılaşmalara zidd olacaq: "Fələstinin Rəmalla şəhərində yalnız diplomatik nümayəndəliklər açıla bilər. Bu nümayəndəliklər səfirlik statusu ilə fəaliyyət göstərə bilməz. Hansısa dövlət Fələstində səfirlik açmaq fikrinə düşərsə, İsrail bu qərarı öz təhlükəsizliyinə təhdid qismində qəbul edəcək". Fələstin tərəfi isə ABŞ və İsraillə əlaqələri kəsməklə hədələyir. Xatırladım ki, Fələstin Konistitusiyasına görə bütün İsrail Fələstin torpaqları sayılır və onların getmələri tələb olunur. Görünən odur ki, bölgə qiyamətə qədər barış üzü görməyəcək. Fələstin bəhanəsiylə hərə "öz ölüsünü ağlayacaq".
    İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...
    Ağ Ev isə birmənalı olaraq bəyan edib ki, Mayk Pensin səfəri və görüşləri ilə bağlı Fələstin rəhbərliyinin tutduğu mövqe "yanlışdır, zərərlidir". Yəni "günah keçisi" bu dəfə də Fələstindir. Başqa bir ABŞ rəsmisi isə: “Bu həm tarixi, həm də müasir reallığın tanınması deməkdir. Bu dinc nizamlanmaya dair danışıqlar prosesinin hər hansı aspektlərinə və sərhəd məsələsinə toxunmur. D.Tramp qərarını Yaxın Şərq ölkələrin rəhbərləri ilə müzakirə edib. Fələstin-İsrail münaqişəsinin nizamlanması ilə məşğul olan xarici ölkə liderləri D.Trampa dəstək verib”, – deyə Ağ Ev nümayəndəsi bildirib. 8 dekabrda Ağ Ev rəsmiləri ad çəkmədən fərqli bir rəsmi mövqe açıqlayıblar: "Donald Tramp İsrailin paytaxtı qismində Qüdsü tanıdığını bəyan etməyib. O, şəhərlə bağlı İsrailin ənənəvi olaraq istifadə etdiyi "vahid və bölünməz paytaxt" ifadəsini də işlətməyib. ABŞ prezidenti ölkəmizin İsraildəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarın açıqlasa da, köçürülmənin konkret vaxtı barədə bir kəlmə də deməyib. Başqa sözlə desək, Vaşinqtonun rəsmi mövqeyi dəyişməyib və hələ uzun müddət dəyişən deyil". Bir dəfə yazmışdım ki, dünyanı XX əsrdə geylər, XXI əsrdə isə deyəsən şizofreniklər idarə edir.
    İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...
    İstanbul zirvə görüşündə seyrçi statusla iştirak edən Rusiya da ikili mövqe nümayiş etdirir. Paroblemin həllinin BMT çərçivəsində həll edilməsini bəyan etsə də, “Russian Today”-ın verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu sözləri deyib: "Biz Türkiyənin mövqeyi ilə tanışıq. Hazırda bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Rusiyanın Qüds və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi məlumdur”. Türkiyənin ilkin bəyanatı problemin BMT çərçivəsində həll edilməsi olub.
    Ərəb dövlətlərindən olan və ABŞ-ın bölgədə İsraildən sonra ən böyük müttəfiqi sayılan Səudiyyənin kralı deyib: “Krallıq Amerikanın Qüdslə bağlı qərarını pisləyir və ondan təəssüf hissi keçirir. Bu Fələstin xalqının tarixi hüquqlarının və aidiyyatı beynəlxalq qərarların Qüds üçün təyin etdiyi hüquqların ziddinə meyillənməkdir.” Onun bu bəyanatı müsəlmanların gülüş hədəfinə çevrilib. Hətta şeyxin bu çıxışına "nəzirələr" və atmacalar da qoşulub. Məsələn, bir fəal, Qüdslə bağlı qərarından öncə Trampın Səudiyyə kralına zəng etdiyini xatırladıb və belə yazıb: “Kral Salman Yəməndə olan qüvvələrinə əmr edib ki, İsrailə tərəf istiqamətlənsinlər, İsraili vurub, Qüdsü və digər işğal edilmiş əraziləri azad etsinlər”.

    Məhz bu süni birlik olan İƏT, bu dəfə də yalnız iki liderin çıxış və mövqeyi ilə yadda qaldı: R. T. Ərdoğan və İ. Əliyev.
    "İsraili daim yer üzündən silmək istəyi ilə hədələyən" İran konkret olaraq öz tövrünü pozmayıb. Bu addımı Fələstinə qarşı yönəldiyini bəyan edib. İranin Ali Dini lideri Əli Xameneyinin bəyanatında deyilir: "Bu gün İslam ümmətinin qarşısında Fələstin birinci siyasi problem kimi durmalıdır və hər kəs onların azad və qurtuluşu üçün çalışmalıdır". O, həmdə Fələstinin işğaldan azad ediləcəyini söyləyib. Yəni sadəcə siyasi bəyanat verməklə kifayətlənib.
    Bu Tramp "təxribatı" bizlərə nəyi anlatdı?
    İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...
    İslam dünyasının anglosakson-sion birliyinə qarşı heç bir təsir mexanizmimiz yoxdur. Tarixə nəzər salsaq, anlaşılır ki,biz 1989 və 1995-ci ildə bundan xeyli güclü idik. Çünki bu qərar o vaxtlar verilsə də elan edilməməsi bu anlamın doğruluğunu təsdiqləyir.

    Əslində bu qərar Trampın yeni kəşfi deyil. 1995-ci ildə Amerika Konqresi ABŞ-ın Qüdsdəki səfirliyinin köçürülməsi haqqında qanun qəbul edib. O vaxtdan bəri bu sənəd heç vaxt qüvvəyə minməyib. Bütün ABŞ prezidentləri israillilərlə fələstinlilər arasındakı münaqişənin ağırlaşmasının qarşısını almaq üçün hər altı aydan bir qanun imzalanmasını təxirə salıblar. Bu qərardan altı il əvvəl, yəni 1989-cu ildə, Vaşinqton, "Allenby qəsəbəsi" adlı ərazini gələcək səfirlik üçün illik icarəsi 1 dollar olmaqla 99 ilə icarəyə götürüb. Bunca illər susmuş müsəlmanların ərəb olan hissəsi "ərəb baharının" yuxusundan ayılmayıblar. Yaz yuxusu şirin olur.
    İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...














    Tramp hələ seçki kampaniyası zamanı səfirliyi Yerusəlimə köçürəcəyini deyirdi: "Bəli, mən səfirliyin Yerusəlimə köçürülməni istəyirəm, orada olmasını istəyirəm" - iddiasını Tramp mart 2016-cı ildə bəyan etmişdi. "Heç kim məndən daha çox İsraili dəstəkləyə bilməz. Biz İsraili müdafiə etməliyik". (Daily Mail sitat) "İsrail bizim üçün çox vacibdir"-vədi verən, ABŞ prezidenti Tramp da altı ay, öz sələfləri kimi bu qərarı təxirə saldı. Lakin, bu yay ABŞ Senatı qərarı təsdiq edərək qanunun icrasını həyata keçirilməsi üçün Tramp adminstrasiyasına göstəriş verdi. Deməli bu artıq Trampın siyasi şizofreniyası deyil, bir başa ABŞ Senatının əmridir...

    Bu gün bəzi özünü daha çox Qüds sevərlər kimi göstərənlər az qala dövlətimizi İsraillə əlaqələri dayandırmağa çağırmaqdan da çəkinmirlər. Öncə "ermənilərlə mesajlaşan" belə adamların Qarabağla bağlı dedikləri tək və ümumiləşdirdiyim bir fikri xatırlatmaq istərdim: " Evlərini qorumayıb qaçdılar". Bəs Fələstinlilər yəhudilərə öz torpaqlarını pulla satdıqlarını bilmirsinizmi? İstanbulda İƏT zirvə toplantısında Azərbaycan Prezidentinin çıxışını çox yüksək qiymətləndirir və bu fikirləri diqqətinizə çatdırıram: "Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.
    İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...
    Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz".
    Bunca problemi olan bir ölkə rəhbəri, yalnız bu cür çıxış etməyə borcludur.

    Çünk müəlman qonşumuz olan İran Mehridə azad iqtisadi zona yaratmaq sövdələşmələri aparır. İllərcədir ki, müsəlman izini silməyə hazır olan bir faşist dövlətinə Rusiya ilə birgə himayədarlıq edir. Hazırda Ermənistan Rusiyadan 150 dollara aldığı qazın əvəzinə daha ucuz İran qazı almağı Rusiya ilə müzakirə edir. Bunu Jam.news adlı erməni saytı yazır ki, daha keyfiyyətli İran qazı 180 dollara başa gəlsə də daha ucuz qiymətə verməyə razıdır. Qarabağın işğal ərazilərinə verdiyi kimi...
    İslam Əməkdaşlıq Təşkilatı zirvə toplansının sonrakı günləri...
























    Küveyt şeyxləri isə məscidlərə donuz dolduran Ermənistanda onlarla kilsəni təmir etdirib.

    Bu gün "Qraparak” qəzeti yaydığı xəbərə görə, Birləşmiş Ərəb Əmirliyinin, Əbu Dabi Əmirliyinin şahzadəsi Mənsur ibn Zeyd əl-Nahyanın da arasında olduğu bir qrup İrəvandadır. Onların İrəvana 3 gün öncə gəldiyi və erməni iş adamı Qagik Çarukyanın qonaqları olduğu vurğulanıb. “Qraparak” görüşdə əsas məqsədin ərəb investisiyasının Ermənistana cəlb edilməsi olduğunu bildirib...

    Belə çıxır ki, ərəbin, farsın düşməni bizim düşmənimizdir, amma bizim düşmənimiz İblisin özü olsa da onların dostlarıdır. Hərənin öz düşməni özünə qismət. Mənim Qüdsüm də, Məkkəm də Qarabağdır...


    Oxşar xəbərlər
  • Ərəb şeyxləri İrəvanda erməniləri xilas edir
  • İlham Əliyev Qüdslə bağlı toplantıda çıxış etdi: “ABŞ bu qərara yenidən baxmalıdı” - MƏTN
  • PAPADAN AÇIQLAMA: "Böhran yalnız İsrail və Fələstin arasında həll olunmalıdır"
  • ABŞ "B" planına start verib
  • ABŞ və Səudiyyə Ərəbistanının iyrənc Qüds planı üzə çıxdı

  • Добавить комментарий
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle

    Запрещено использовать не нормативную лексику, оскорбление других пользователей данного сайта, активные ссылки на сторонние сайты, реклама в комментариях.

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Foto xəbər
Hadisə günü
Yeni məqalələr
13 dekabr AVMVİB SUMQAYIT ŞƏHƏR ŞÖBƏSİNDƏ TƏQDİMAT

13 dekabr Azərbaycanlı Mamedin Qızıl Balıq nağılı

13 dekabr "HEÇ KİM UNUDULMUR"...

13 dekabr AVMVİB-DƏ TƏYİNAT VƏ TƏQDİMAT

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİ TƏDBİR KEÇİRDİ

13 dekabr PAŞİNYAN NATO-YA ÜZVLÜKDƏN DANIŞDI...

13 dekabr PUTİN PAŞİNYANI HƏLƏ DƏ TƏBRİK ETMƏYİB: Rusiya "özününkünü təhvil verməz"

13 dekabr GENERAL PUTİNİ İLK GÖRÜŞDƏ MƏHV EDƏCƏYİNİ DEDİ

13 dekabr AVMVİB BƏRDƏ RAYON ŞÖBƏSİNDƏ ANIM TƏDBİRİ

12 dekabr AVMVİB-DƏ ANIM TƏDBİRLƏRİ

12 dekabr "Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

12 dekabr İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

12 dekabr Hacıbala Abutalıbov Ulu Öndərə şeir yazdı - VİDEO

Top xəbər