833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib

833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib



Azərbaycan Hökumətinin və Dünya Bankının birgə maliyyələşdirməsi üzrə həyata keçirilən Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsinin (Əlavə maliyyələşdirmə) alt komponenti olan Məcburi Köçkün Gənclərin Dəstəklənməsi proqramının ilk mərhələsinə yekun vurulub.

Bu münasibətlə noyabrın 29-da Gəncə şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dünya Bankının, digər aidiyyəti orqanların və media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçılarına məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifahının yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərə dövlət qayğısının artırılması, həmçinin özəl sektorun bu sahədəki problemlərin həllini dəstəkləməsi istiqamətində işlər aparılır.

Qeyd olunub ki, ilk mərhələsi başa çatan proqram üzrə ölkədə 2500 məcburi köçkün gəncin peşə təlimlərinə cəlb olunması, seçdikləri sahələr üzrə biliyə yiyələnməsi, təcrübə əldə etməsi, təlimlərin sonunda sertifikat və avadanlıqlar alması nəzərdə tutulub.

Layihənin şərtlərinə uyğun olaraq, proqram 3 mərhələdə həyata keçirilir. Birinci mərhələdə köçkün gənclərdən 833 nəfəri 6 ay peşə və 3 ay kompüter bacarıqları üzrə təlimlər keçib. Təlimləri uğurla başa çatdıran gənclər əlavə olaraq, 15 günlük “Biznesin idarə olunması” təlimlərinə cəlb edilib.

Layihə çərçivəsində məcburi köçkün gənclər 40-dan çox istiqamət – mühasib, dərzi, çilingər, dülgər, bərbər, plastik qapı-pəncərə ustası, dizayner, mebel ustası, xalçaçı, videooperator, fotoqraf, şirniyyatçı, rəngsaz, qaynaqçı, qaz operatoru, kompüter operatoru və s. peşələr üzrə təlimlərdə iştirak ediblər.

Peşə təlimlərini və biznes təlimi üzrə imtahanları qənaətbəxş səviyyədə başa çatdıran, biznes planları layihənin İcraçı Komitəsi tərəfindən təsdiq edilən gənclərə, öz bizneslərini formalaşdırmaq üçün, bu il noyabr ayının 19-dan etibarən alət və avadanlıqların verilməsinə başlanılıb.

Gəncədə keçirilən tədbirdə də bir qrup gəncə seçdikləri peşələrə uyğun alət və avadanlıqlar verilib.
02 dekabr 2019 /

833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib

Похожие новости

İ. Əliyev: "Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir"

İyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

QAÇQINKOM 200 NƏFƏR MƏCBURİ KÖÇKÜNÜ QƏBUL EDİB

Mayın 30-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağcabədi rayonunda Taxtakörpü qəsəbəsində Laçın rayonundan olan məcburi

Prezident məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr

“Qaçqınkom”un sədri məcburi köçkünlərlə görüşüb – FOTO

[img=left][/img] Mayın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında bir neçə yataqxana və inzibati

Komitə sədri 100 yaşlı Böyük Vətən Müharibəsi veteranına baş çəkib

Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev komitənin sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Populyar xəbərlər
AVMVİB Rəhbərliyi və təşkilat üzvləri Anım günündə iştirak etdilərİlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTOAğdaş veteranları məktəblilərlə görüşdülər12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Xəzər rayon veteranları Ulu Öndəri andılar...1993-cü ildən etibarən erməni əks-kəşfiyyatı 20-dən artıq casusu aşkar edib: əksəriyyəti Bakıya işləyirdiHərbi Prokror X. Vəliyev: “Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır”Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydı Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydıBakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaqAŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcəkErmənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - VideoDoğrudanmı, dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir?ƏSİRLİKDƏ QALAN SOYDAŞLARIMIZSak oğlu Əmir TeymurQanlılıqNizami rayonunda tədbir keçirilib“EuroHome”də yanğın davam edir - VİDEODünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ