Erməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirir

Ermənistanın Baş naziri Nikol Paşinyan, həqiqətən, erməni ictimaiyyətini həddindən artıq bezdirib.

Onun boş sözləri dillər əzbəri olub. Vəziyyət elə həddə çatıb ki, Ermənistan KİV-ləri Paşinyanın və nağıllarının “köməyi” sayəsində Yerevan beynəlxalq informasiya sahəsində Azərbaycanın xeyirinə geri çəkilməyə başlayıb.

Belə ki, Zham.am erməni portalında “Əliyev niyə Paşinyanı lağa qoymağı özünə rəva bilir?” başlıqlı məqalədə Bakının Yerevandan üstün mövqeyi qeyd olunur. Materialda qeyd olunan Paşinyanın “yerinə düşən və yersiz” absurd açıqlamaları beynəlxalq ictimaiyyətə Ermənistan Baş nazirinin düşüncəsizliyini nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqini əhatə edən erməni nəşri qeyd edir ki, “Azərbaycan faktiki olaraq Paşinyanın bizə məlum olan, amma xaricdə bilinməməsinə ümid etdiyimiz tarixi savadsızlığını ortaya qoya bildi”.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədbirdəki nitqində deyib:

“Prezident Putinin dəvətilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi üç dövlət başçısı dəvət olunmuşdu, o cümlədən, Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim.

Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü”.

Erməni nəşri Azərbaycan dövlət başçısının bu açıqlamasına istinad edərək qeyd edir ki, “onun (İlham Əliyev - red.) fikrincə, bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın arqumentlərinə getdikcə daha çox inandığını göstərir”.

Bundan sonra BDU-dakı çıxışında Azərbaycan Prezidenti deyib:

“Ondan sonra MDB Zirvə Görüşündə, - o, “Valday”dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə altı metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir.

Dedim ki, o vaxt o, həbs olunub və həbsxanada da çürüyüb. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “СМЕРШ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı “Смерть Шпионам”, “СмерШ”, yəni, “Casuslara ölüm”dür. Yəni casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi.

İndi, görün, Ermənistanın Baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.

Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında”.

Bundan əlavə, Zham.az davam edir:

“Njde probleminə qayıdan Əliyev yenidən bu məsələdə Azərbaycanın mövqe üstünlüyü qazandığını qeyd edərək, Paşinyanın Njdeni Molotov və Soljenitsınla müqayisə edərək tarixi həqiqətlərlə bağlı cahilliyini göstərdiyini söylədi”.

Erməni nəşri etiraf edir ki, yalnız cahil insan Molotovu Njde ilə müqayisə edə bilər.

“Soljenitsın ilə müqayisə isə, azərbaycanlılar üçün sadəcə bir hədiyyə oldu. Çünki bu, ruslar üçün ən həssas məqamlardan biridir və bu cür savadsız müqayisələri görəndə, bu gün Ermənistanı hansı şəxsin idarə etdiyini başa düşürlər.

Bu təlxəkliyin Ermənistanda nə qədər davam edəcəyini söyləmək çətindir. Bir şey aydındır: Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi, cəhalətə görə, bizim düşdüyümüz təhlükəni başa düşmür.

Eynilə 1915-ci ildə başlarına nə gələcəyini başa düşmədilər”- yazan erməni nəşri məntiq və riyaziyyat üzrə məşhur İngilis filosofu və ictimai xadimi Bertrand Russelldən sitat gətirir: “Ən böyük pislik cəhalətdir, bunun nəticəsində aclıq, müharibələr və kommunistlər yaranır...”

Öz növbəsində, N.Paşinyan ictimai qınağın “aynasına” baxmır. Nəyi və harada söylədiyinə əhəmiyyət verməmək onun xasiyyətidir, Ermənistan Baş naziri vədləri sola-sağa sovurur.

Hər şeyi şişirtməyə öyrəşən N.Paşinyan özünün “Facebook” səhifəsində yazıb ki, “Legatum” İnstitutunun məlumatına görə, Ermənistan 2019-cu ildə dünya rifah indeksində mövqeyini 27 pillə yaxşılaşdıraraq, Gürcüstan və Baltikyanı ölkələr istisna olmaqla, postsovet ölkələrini qabaqlayaraq 61-ci yeri tutub.

Bəlkə də, bu, səhvdir, lakin Ermənistan Baş nazirinin geniş ictimaiyyəti şoka salmaq vərdişini bilərək, əminliklə deyə bilərik ki, Paşinyan xüsusi olaraq iki rəqəmini “7”nin qabağına yazıb. Nəticədə, bir il əvvəl göstərilən indeksdə 68-ci yeri tutan və 27 pillə yüksəlmiş Ermənistan nədənsə cəmi 61-cı yerdə qərar tutub. Və burada ikisindən biri doğrudur. Ya “Legatum” İnstitutundan reytinq tərtib edənlər hiyləgərdir, ya da erməni Joker sərsəmliyə davam edir və erməni jurnalistlər onu təlxəklikdə ittiham edir.

Xüsusilə “Ermənistan Səsi” bu “reytinq”lə bağlı məzəli hekayəni şərh edərkən, müxalif Ermənistan Respublikaçılar Partiyası başçısının müavini Armen Aşotyana sual verib:

“Baş nazir xüsusilə həqiqətləri tapmaq asan olduqda, niyə belə həyasızcasına yalan danışır?”

Öz növbəsində “Erkramas” saytı “Paşinyan yalan danışmır, sadəcə, nə dediyinə əhəmiyyət vermir", – deyə vurğulayır. Nəşr qeyd edir ki, Paşinyan, sadəcə, uzun müddətdir özünü bulvar mətbuatının redaktoru kimi aparır.

“O qəzet üçün həqiqət və ya yalan yazılması vacib deyil. Əsas odur ki, diqqət çəkmək üçün möhtəşəm bir şey yazılsın. Ertəsi gün hər şeyin belə olmadığı və hətta tamamilə əksinə olduğu da vacib deyil. Axı ertəsi gün özləri yazdıqlarını unutdular, əsas odur ki, yenidən möhtəşəm bir şey ortaya çıxarsınlar.

Müxalifət qəzetinin redaktoru Nikol Paşinyan uzun müddət bu iş ritmində və həyat tərzində olub və bu üslubu dəyişdirmək niyyətində deyil. Niyə onu Olimpə yüksəldən şeyləri dəyişməlidir?”, - deyə erməni nəşri qeyd edir.

Rasim Babayev
Oxu.az
02 dekabr 2019 /

Erməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirir

Похожие новости

İlham Əliyev: Paşinyanın cavabı onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.

Bu sözləri, Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən deyib. Prezident İlham Əliyev

Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi

Erməni analitik Alla Aydiyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Milanda Qarabağla bağlı açıqlamalarını şərh edərkən maraqlı məqamlara toxunub. Axar.az xəbər verir ki, Aydiyan erməni saytı

“Bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməlisiniz” – İlham Əliyev Paşinyanı susdurdu

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub. İclasda Prezident İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan da

PUTİN PAŞİYANLA QARABAĞ BARƏDƏ DANIŞMAYIB...

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, Rusiya lideri Vladimir Putinin, Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşündə müzakirə olunan məsələləri şərh etdi. İrəvan, 7 iyun - Sputnik.

PAŞİNYANIN QARABAĞ AÇIQLAMALARI

Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndidə keçirilən Ermənistan və qondarma “dqr” “təhlükəsizlik şuralarının” birgə iclasında çıxışı zamanı deyib ki, Azərbaycan ictimaiyyətinin sülhə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Populyar xəbərlər
AVMVİB Rəhbərliyi və təşkilat üzvləri Anım günündə iştirak etdilərİlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTOAğdaş veteranları məktəblilərlə görüşdülər12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Xəzər rayon veteranları Ulu Öndəri andılar...1993-cü ildən etibarən erməni əks-kəşfiyyatı 20-dən artıq casusu aşkar edib: əksəriyyəti Bakıya işləyirdiHərbi Prokror X. Vəliyev: “Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır”Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydı Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydıBakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaqAŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcəkErmənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - VideoDoğrudanmı, dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir?ƏSİRLİKDƏ QALAN SOYDAŞLARIMIZSak oğlu Əmir TeymurQanlılıqNizami rayonunda tədbir keçirilib“EuroHome”də yanğın davam edir - VİDEODünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ