Prezident Ramin Quluzadəni qəbul etdi

Prezident Ramin Quluzadəni qəbul etdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Təkcə onu demək kifayətdir ki, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur.

Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Yəni, əslində bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir. Bununla bərabər, keçən il çox önəmli dövlətlərarası layihələr icra edilmişdir. O cümlədən Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün istifadəyə verilməsi çox böyük hadisədir. Çünki əvvəlki körpü 1950-ci illərdə tikilmişdi və demək olar ki, sıradan çıxmışdı. Yeni körpü Azərbaycan ilə Rusiya arasında həm nəqliyyat, həm ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək, eyni zamanda, bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hazırda Rusiya sərhədinə qədər yeni avtomagistral çəkilir və ilin sonuna qədər bu magistralın əsas hissəsi istismara veriləcəkdir.

Paralel olaraq, Astara şəhərindən İran sərhədinə qədər yeni magistralın çəkilişi nəzərdə tutulur. Bu məsələ İran tərəfi ilə razılaşdırılıb. Beləliklə, yük avtomaşınları Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək və yeni avtomobil körpüsü də tikiləcəkdir. Bir neçə il bundan əvvəl iki ölkə arasında yeni dəmir yolu körpüsü tikilmişdir və Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti üçün bunun böyük əhəmiyyəti olmuşdur.

Əlbəttə, keçən il Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daha çox yük daşınmışdır. Bu da təbiidir, çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma var. Təkcə Şərq istiqamətindən yox, eyni zamanda, Rusiyadan Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınması müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi artacaq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir.

Builki investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcəkdir. Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir. Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaqdır.

Həmçinin biz şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət veririk. Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görüləcək. Eyni zamanda, mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir. Bu məsələ ilə bağlı məlumat verin, kontraktlar imzalanıb, yoxsa yox və yeni taksilər şəhərimizə nə vaxt gətiriləcək?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dedi: Təşəkkür edirəm, cənab Prezident. Bu sualla bağlı qeyd etmək istərdim ki, Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir.
16 yanvar 2020 /

Prezident Ramin Quluzadəni qəbul etdi

Похожие новости

Prezident İlham Əliyev: “Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var”

"Bu gün yeni dəmir yolu xəttinin açılışını qeyd etdik. Pirşağı stansiyası istifadəyə verildi. Şəhərə qədər yolboyu bütün stansiyalar ən yüksək standartlara cavab verir. Bugünkü müasir Azərbaycanımızı

Prezident İlham Əliyev: “İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir

“Prezident cənab Ruhani ilə bugünkü görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən

HƏSƏN RUHANİ: Azərbaycan-İran əlaqələrini yüksək səviyyəyə çatdıraq

İran Azərbaycan və Rusiya ilə əməkdaşlıq əlaqələrini davam etdirərək daha yüksək səviyyəyə çatdıracaq. Bu sözləri İran Prezidenti Həsən Ruhani dövlət televiziyasına müsahibəsində deyib. Prezident

"Avropa Ittifaqı dəmir yolu dəhlizini alqışlayır"...

Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır. Report-un

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilir

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim başlayıb. Fedai.az xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Mehriban Əliyeva 20 Yanvar şəhidlərini andıSiz kimin əmisi oğlusunuz, cənab səlahiyyətlilər?Pensiyalar nə qədər artacaq? - Rəqəmlərin diliyləBakıda gün ərzində gözlənilən hava şəraiti açıqlandı30 il öncə, elə bu gün: 20 YANVARYunanıstan mediasında Türkiyə ilə müharibə çağırışları artıbUstad şair Məmməd İlqarın oğlundan Arzu Nağıyevlə bağlı müraciətDeputatlığa namizəd görüş keçirdiMüharibə veteranlarına 2 min manat pul veriləcək - HARADA?Niyə İran generalını ermənilər sevir, azərbaycanlılar isə sevmir...Türkiyənin dostu Rusiyamı, Amerikamı?Veteran statusu ala bilməyən veteranlar...Müharibə veteranları ilə görüş keçirilibAzərbaycan şəhərlərinin divarlarına həbsdə olan azərbaycanlı fəallara azadlıq tələbilə onların posterləri yapışdırıldıMüəllimlərin işə qəbulu qaydalarına bir sıra dəyişikliklər edilirSAĞLAM GƏLƏCƏYINƏ SƏS VER ! Məhsəti Əli qızı HüseynovaATMACA: Bizi Haykanuşun biclərinin əlindən xilas edin! - VİDEOAzay Quliyev təbliğat kampaniyasına möhtəşəm bir tədbirlə start verdi20 Yanvar iştirakçılarına birdəfəlik maddi yardım ayrıldıİnzibati Xətalar Məcəlləsinə əlavələr edilməlidirBabək müstəqil dövlətin hökmdarı kimi – Əsrlərlə gizlədilən gerçək tariximiz – I YAZIİran və Suriya ordusu irimiqyaslı hücuma keçdi - Türkiyə sərhədində XAOSDünyanın xoşbəxtlik ünvanı: KOSTA RİKAMİLLİ FƏLAKƏTƏ AZ VAXT QALIB...Əlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşibErməni cəllad ölümcül xəstəliyə tutulubBərdə rayonuna yeni prokuror təyin edilibRusiyanın yeni baş naziri Mişustin kimdir?BSU-da “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilibErmənilər Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılıq verir, amma...Deputat olmaq istəyənlər: Bunlara əməl etməsəniz, namizədliyiniz ləğv olunacaqƏlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşibMəktəb direktorunun diplomu saxta çıxdı, nazir İŞDƏN ÇIXARDIİlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!AVMVİB - də təltif mərasimiBaşımızın bəlası Bakı neftiBu il 1500 Qarabağ əlili və şəhid ailəsinə ev veriləcəkTürkiyə və ABŞ prezidentləri Liviyadakı vəziyyəti müzakirə ediblərPrezident Ramin Quluzadəni qəbul etdiRusiyanın yeni Baş naziri bu şəxs ola bilər - Putin namizədini açıqladıErmənistanın birinci prezidenti Paşinyandan inciyibAVMVİB Zəngilan şöbəsi veteranları da ağac əkmə aksiyasına qoşuldularİran təyyarəni vuranı deyil, görəni həbs etdiABŞ Konqresindən 20 Yanvar faciəsi ilə bağlı - BƏYANATAVMVİB Ağdaş rayon şöbəsi Anım tədbiri keçirib“Vətəni işğal altında olan gəncin əylənməyə haqqı yoxdur!”Daha bir veteranımız haqqa yürüdüSəfirlik: Mövqeyimizdə dəyişiklik yoxdur, Pakistan Ermənistanı dövlət kimi tanımırİranda jurnalistlər kütləvi şəkildə istefa verirlərTƏBRİK: QORXMAZ ASLANOV - 50Batalyon komandiri Cəfər: "Nə qədər ki, Bakıdan gələn olmamışdı, burada bir metr də torpaq getməmişdi"...Erməni əsgərinə güllə dəyib..Hindistanlı turistlərin Şəhidlər Xiyabanında klip çəkdirməsilə bağlı - Səfirlikdən açıqlamaPaşinyan ordudakı itkilər barədə ictimaiyyəti aldadırABŞ-ın planlaşdırılmış müharibələri“Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa” - VİDEOİrəvanda ermənilərə tərs şillə: - Qondarma soyqırımı tanımırıq!!!Hipatya öldürülməsəydi dünyamız özgə cür olardı...İstisi erməninin, tüstüsü bizim olan Bakı neftiAVMVİB - NİN FƏXRİ ÜZVÜNÜN DƏ NAMİZƏDLİYİ QEYDƏ ALINDIDeputatlığa namizədliyi qeydə alınmış veteranlarımızErmənistanda H1N1virusu tüğyan edirSüleymani öldürüldüyü anda üzərində olan əşyalar: pul, şeir kitabı və … - FOTOGürcüstanlı nazirdən Paşinyanın absurd fikrinə sərt reaksiyaİran Ermənistana Azərbaycan ərazilərini daimi işğalda saxlaya bilməsi üçün yeni nəfəslik açırBöyük Britaniya ABŞ-dan hərbi asılılığı azaltmaq istəyirBakıda Ermənistan konfetləri satılır - FOTOAVMVİB XƏBƏRLƏRİ: RAYON ŞÖBƏLƏRİNDƏQASIM SÜLEYMANİ KİMİN QƏHRAMANIDIR?- M. RIZA HEYETUkrayna təyyarəsini İran vurubsa... - Kiyevdən BƏYANATPakistan Səfirliyindən rəsmi açıqlama - "Pakistanla Ermənistan arasında heç bir əlaqədən söz gedə bilməz"Qarabağla bağlı Avropa İttifaqının növbəti təxribatı“Paşinyan Qarabağ klanının təzyiqi altındadır” - Sabiq səfirdən mühüm mesajlarHoradiz əməliyyatının komandiri deputatlığa namizəd olduQarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”Mevlud Çavuşoğlu Kərkük Türkmənlərinin lideri Salihi ilə görüşdüTƏBRİK: RAMİZ ƏLİYEV - 56AVMVİB Sumqyıt şöbəsindəAlmaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"Ukrayna təyyarəsini İran "səhvən vurub" -ABŞ mediasıZABİT ŞƏRƏFİAmerikalı professor Xamneyiyə Kardaşyanın iqamətgahını bombalamağı təklif etdiVeteranlar qəhrəmanın məzarını ziyarət etdilərSüleymanini erməni general öldürüb - İrəvan ÇALXALANIRMüharibə veteranı yol polisinə rəis təyin olundu - FOTOSait Nursi də xristian çıxdıDaha bir erməni hərbçi cəhənnəmə yolçuluq etdi“Biz qurduq... dilimiz də qurd dilidir...” - Azərbaycanda sensasion tapıntı - Səbuhi Məmmədli yazırABŞ-ın ən təhlükəli ordusu HƏRƏKƏTƏ KEÇDİ - İranla dəhşətli MÜHARİBƏYƏ DOĞRUNazir Prokurorluğa müraciət etdi – “Saxta əlillər”dən pullar geri alınacaqHərbi Prokuror Xanlar Vəliyev: “Ötən il tarixə islahatlar ili kimi düşdü”İlham Əliyevdən sərt xəbərdarlıqŞəhid olan hərbçimiz dəfn olunub - FOTOQasım Süleymaninin tabeliyində çalışan daha 1 “Sepah”çı Yəməndə öldürülübMEDİAMIZIN SON "OXUNAQLI" "ŞEDEVRLƏRİNİ TƏQDİM EDİRİK...Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdiSüleymani bölgə üçün təhlükəli birisi olub - VİDEOŞƏHİDİMİZ VAR...Atmaca: İran Süleymanini dəfn edə bilmədiPrezident “Azərişıq” ASC-yə yeni sədr təyin etdi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ