İlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!

İlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!



Avropa Birliyi bu tənqidi çox ciddi qəbul etdi. Xəbər verildiyi kimi bu gün yanvarın 15-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə (704 iştirakçıdan 454-ü) “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti haqqında” qətnamə qəbul edildi. Sənədin 36-cı maddəsi "Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin hamısının suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləmək öhdəliklərinin təsdiqləməsinə" aiddir.

Qeyd etmək lazımdır ki, beynəlxalq hüququn əsas elementlərinə ümumi yanaşmaya əsaslanan belə bir hüquqi tərif Azərbaycanın maraqlarına tam cavab verir. Beləliklə, məzmunca qətnaməsinin bu hissəsi, Moskvanın bilavasitə iştirakı ilə baş verən münaqişələrə (Avropa Parlamentinin mövqeyinə görə) aid olan anti-Rusiya hissəsindən ayrılıb.

Bu qətnamənin əhəmiyyətini qiymətləndirmək üçün sənədin həm siyasi, həm də hüquqi ağırlığını və qeyd olunan bəndin hazırlanması prosesini mütləq başa düşmək lazımdır.

Beləliklə, Şərq Tərəfdaşlığının bir çox digər sənədlərindən fərqli olaraq, Avropa Parlamentinin "Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ortaq siyasət haqqında" qətnaməsi deklarativ xarakter daşımır, əksinə doktrinal xarakter daşıyır, Avropa Birliyinin icra strukturlarını xarici siyasətinin inkişafı və həyata keçirilməsində tənzimləyici müddəaları nəzərə almağı məcburi edir. Şərq Tərəfdaşlığının Xarici İşlər Komitəsinin sədri tərəfindən ənənəvi olaraq hazırlanan qətnamə hər il qəbul edilir, orada il ərzində görülən işlərin təhlili verilir, həmçinin Aİ-nin gələn il üçün əsas prioritetləri və perspektivləri açıqlanır.
İlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!


2019-2020-ci illər üçün bu sənədin qəbulunun əhəmiyyətini qiymətləndirməmək çətindir. Ümumiyyətlə, Avropa Parlamentinin bu yaxınlarda seçilmiş yeni tərkibi yeni yaradılan Avropa Komissiyasının beynəlxalq fəaliyyəti üçün siyasi çərçivəni müəyyənləşdirdi. Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləmək öhdəliklərini təsdiqləyən müddəaların bu proqram üzrə fəaliyyətin əsas prioritetlərinə və hüquqi normalarına daxil edilməsi, ən azından Ermənistanın öz işğal siyasətini əsaslandırmaq üçün Aİ platformalarından istifadə edə bilməməsi deməkdir. Ən yaxşı halda isə Şərq Tərəfdaşlığının münaqişələrdən əziyyət çəkən ölkələri (o cümlədən Azərbaycan) Brussellə birgə ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərindən istifadə etmək üçün əlavə imkanlar əldə etmiş olur.

Lakin ən maraqlısı odur ki, 2019-cu ilin noyabr ayında Avropa Parlamentinin deputatları tərəfindən baxılması üçün təklif olunan qətnamə layihəsinin orijinal mətnində Şərq Tərəfdaşlığı ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstək verməyə dair bənd yox idi. Həmin ölkələrin beynəlxalq səviyyədə tanınış sərhələrinin toxunulmazlığından isə heç söhbət getmirdi. Bu müddəaların (əvvəlcə Ukraynaya, sonra isə bütün ŞT-nin ölkələrinə aid edilməklə) qətnamənin mətninə daxil edilməsi və Şərq Tərəfdaşlığının profil komitəsi tərəfindən təsdiqlənməsi, sonradan, 2019-cu ilin dekabrında baş verdi. Digər sənəblərlə yanaşı, bu məqam da sənədin plenar müzakirəsinin təxirə salınmasına səbəb oldu və onun qəbul edilməsinin keçən ilin sonundan (həmişə olduğu kimi) 2020-ci ilin əvvəlinə keçirilməsini əvvəlcədən müəyyənləşdirdi.

Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı getdikcə güclənən müzakirələr fonunda Avropa Birliyinin yeni seçilmiş qurumlarının mövqeyində aşkar dinamika müşahidə olunur. Bu müzakirədə sonuncu və son dərəcə ifadəli məqam Prezident İlham Əliyev tərəfindən qoyuldu. Ən başlıca sualı Azərbaycan prezidenti verdi və dərhal da onun cavabını müəyyənləşdirdi- "Şərq Tərəfdaşlığı" ölkələri üçün ümumi olan nədir? Bu yalnız onların sovet keçmişidir? Yaxud daha üstün səbəbdir ki, bunsuz Avropa Birliyi ilə həqiqətən müstəqil dövlətlər arasında əməkdaşlıq layihəsi olan Şərq Tərəfdaşlığının mövcudluğu mümkünsüzdür?

Bu sualların cavabları qətnamənin yekun mətninin hazırlanmasında, müzakirə edilməsində və sənədin qəbuluna dair səsvermədə Avropa Parlamentinin deputatlarını tərk etmədi. Sənəd inandırıcı şəkildə göstərdi ki, Şərq Tərəfdaşlığı üçün ortaq məxrəc iştirakçı ölkələrin sovet keçmişi deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür. Onların hər biri üçün, istisnasız olaraq. Bu müddəalardan hər hansı yayınma təkcə beynəlxalq hüququn əsas normalarının deyil, həm də Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın əsas prinsiplərinin pozulmasıdır. Bu postulat, heç olmasa Şərq Tərəfsaşlığı çərçivəsində Ermənistan tərəfindən müəyyən beynəlxalq hüquqi təriflərin spekulyativ manevrləri və şərhləri üçün yer qoymur.
İlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!


Şərq Tərəfdaşlığı ölkələrinin gələcəyi fərqli olacaq. Assosiasiyalı tərəfdaşlar (Gürcüstan, Moldova, Ukrayna) AB ilə inteqrasiya variantlarını axtarmağa davam edəcək, Azərbaycan Avropa Birliyi ilə bərabərhüquqlu, qarşılıqlı faydalı və strateji yönümlü tərəfdaşlıq əldə edəcək, özünü izolyasiya edən və xarici nəzarət altında olan Ermənistan isə “kasıb qohum” qismində qalacaq, daim ianə diləyəcək...

Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq sahələri də dəyişəcək. Bəzi AB ölkələrinin banal iqtisadi ekspansiyasını ört-basdır edən ideoloji ritorika ciddi geosiyasi dəyişikliklər səbəbindən, təhlükəsizlik, nəqliyyat, rabitə, texnologiya, enerji və iqlim çağırışlarına cavab olaraq praktiki maddi maraqların qorunmasına əsaslanaraq daha praqmatik paradiqmaya çevrilməyə başlayır.

Şərq Tərəfdaşlığı beynəlxalq gündəmdə qalacaqsa, bu layihənin həyata keçirilməsi üçün dəyişməyən ümumi prinsip ancaq bundan ibarət olacaq - iştirakçı dövlətlərin həqiqi müstəqilliyi, Aİ-nin onların beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyi.

Prezident İlham Əliyevin dekabr ayındakı çıxışlarında Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı suallarına məhz bu cavab lazım idi. Dövlət başçısı faktiki olaraq Aİ-ni bu suallara cavab verməyə sövq etdi.

Və o, həmin suallara cavabları Avropa Parlamentinin hüquqi baxımdan məcburi və doktrinal sənədi şəklində aldı.///Virtualaz.org
16 yanvar 2020 /

İlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!

Похожие новости

Avropa Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Avropa İttifaqı (Aİ) beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Aİ rəsmiləri bu sözləri təhlükəsizlik dialoqunun ikinci

Avropa Şurasının prezidenti Azərbaycana gəldi

Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib. Bakıya səfəri zamanı D. Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək.

Prezident İlham Əliyev: "Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə

Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilir. Publika.az xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ

İlham Əliyevin işgüzar səfəri başa çatdı

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Mehriban Əliyeva 20 Yanvar şəhidlərini andıSiz kimin əmisi oğlusunuz, cənab səlahiyyətlilər?Pensiyalar nə qədər artacaq? - Rəqəmlərin diliyləBakıda gün ərzində gözlənilən hava şəraiti açıqlandı30 il öncə, elə bu gün: 20 YANVARYunanıstan mediasında Türkiyə ilə müharibə çağırışları artıbUstad şair Məmməd İlqarın oğlundan Arzu Nağıyevlə bağlı müraciətDeputatlığa namizəd görüş keçirdiMüharibə veteranlarına 2 min manat pul veriləcək - HARADA?Niyə İran generalını ermənilər sevir, azərbaycanlılar isə sevmir...Türkiyənin dostu Rusiyamı, Amerikamı?Veteran statusu ala bilməyən veteranlar...Müharibə veteranları ilə görüş keçirilibAzərbaycan şəhərlərinin divarlarına həbsdə olan azərbaycanlı fəallara azadlıq tələbilə onların posterləri yapışdırıldıMüəllimlərin işə qəbulu qaydalarına bir sıra dəyişikliklər edilirSAĞLAM GƏLƏCƏYINƏ SƏS VER ! Məhsəti Əli qızı HüseynovaATMACA: Bizi Haykanuşun biclərinin əlindən xilas edin! - VİDEOAzay Quliyev təbliğat kampaniyasına möhtəşəm bir tədbirlə start verdi20 Yanvar iştirakçılarına birdəfəlik maddi yardım ayrıldıİnzibati Xətalar Məcəlləsinə əlavələr edilməlidirBabək müstəqil dövlətin hökmdarı kimi – Əsrlərlə gizlədilən gerçək tariximiz – I YAZIİran və Suriya ordusu irimiqyaslı hücuma keçdi - Türkiyə sərhədində XAOSDünyanın xoşbəxtlik ünvanı: KOSTA RİKAMİLLİ FƏLAKƏTƏ AZ VAXT QALIB...Əlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşibErməni cəllad ölümcül xəstəliyə tutulubBərdə rayonuna yeni prokuror təyin edilibRusiyanın yeni baş naziri Mişustin kimdir?BSU-da “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilibErmənilər Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılıq verir, amma...Deputat olmaq istəyənlər: Bunlara əməl etməsəniz, namizədliyiniz ləğv olunacaqƏlilliyin qiymətləndirilməsi üçün müayinəyə göndərişlərin verilməsi qaydası müəyyənləşibMəktəb direktorunun diplomu saxta çıxdı, nazir İŞDƏN ÇIXARDIİlham Əliyev məsələ qaldırdı, Avropa İttifaqı cavab verdi: Qarabağ Azərbaycanın bir parçasıdır!AVMVİB - də təltif mərasimiBaşımızın bəlası Bakı neftiBu il 1500 Qarabağ əlili və şəhid ailəsinə ev veriləcəkTürkiyə və ABŞ prezidentləri Liviyadakı vəziyyəti müzakirə ediblərPrezident Ramin Quluzadəni qəbul etdiRusiyanın yeni Baş naziri bu şəxs ola bilər - Putin namizədini açıqladıErmənistanın birinci prezidenti Paşinyandan inciyibAVMVİB Zəngilan şöbəsi veteranları da ağac əkmə aksiyasına qoşuldularİran təyyarəni vuranı deyil, görəni həbs etdiABŞ Konqresindən 20 Yanvar faciəsi ilə bağlı - BƏYANATAVMVİB Ağdaş rayon şöbəsi Anım tədbiri keçirib“Vətəni işğal altında olan gəncin əylənməyə haqqı yoxdur!”Daha bir veteranımız haqqa yürüdüSəfirlik: Mövqeyimizdə dəyişiklik yoxdur, Pakistan Ermənistanı dövlət kimi tanımırİranda jurnalistlər kütləvi şəkildə istefa verirlərTƏBRİK: QORXMAZ ASLANOV - 50Batalyon komandiri Cəfər: "Nə qədər ki, Bakıdan gələn olmamışdı, burada bir metr də torpaq getməmişdi"...Erməni əsgərinə güllə dəyib..Hindistanlı turistlərin Şəhidlər Xiyabanında klip çəkdirməsilə bağlı - Səfirlikdən açıqlamaPaşinyan ordudakı itkilər barədə ictimaiyyəti aldadırABŞ-ın planlaşdırılmış müharibələri“Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa” - VİDEOİrəvanda ermənilərə tərs şillə: - Qondarma soyqırımı tanımırıq!!!Hipatya öldürülməsəydi dünyamız özgə cür olardı...İstisi erməninin, tüstüsü bizim olan Bakı neftiAVMVİB - NİN FƏXRİ ÜZVÜNÜN DƏ NAMİZƏDLİYİ QEYDƏ ALINDIDeputatlığa namizədliyi qeydə alınmış veteranlarımızErmənistanda H1N1virusu tüğyan edirSüleymani öldürüldüyü anda üzərində olan əşyalar: pul, şeir kitabı və … - FOTOGürcüstanlı nazirdən Paşinyanın absurd fikrinə sərt reaksiyaİran Ermənistana Azərbaycan ərazilərini daimi işğalda saxlaya bilməsi üçün yeni nəfəslik açırBöyük Britaniya ABŞ-dan hərbi asılılığı azaltmaq istəyirBakıda Ermənistan konfetləri satılır - FOTOAVMVİB XƏBƏRLƏRİ: RAYON ŞÖBƏLƏRİNDƏQASIM SÜLEYMANİ KİMİN QƏHRAMANIDIR?- M. RIZA HEYETUkrayna təyyarəsini İran vurubsa... - Kiyevdən BƏYANATPakistan Səfirliyindən rəsmi açıqlama - "Pakistanla Ermənistan arasında heç bir əlaqədən söz gedə bilməz"Qarabağla bağlı Avropa İttifaqının növbəti təxribatı“Paşinyan Qarabağ klanının təzyiqi altındadır” - Sabiq səfirdən mühüm mesajlarHoradiz əməliyyatının komandiri deputatlığa namizəd olduQarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”Mevlud Çavuşoğlu Kərkük Türkmənlərinin lideri Salihi ilə görüşdüTƏBRİK: RAMİZ ƏLİYEV - 56AVMVİB Sumqyıt şöbəsindəAlmaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"Ukrayna təyyarəsini İran "səhvən vurub" -ABŞ mediasıZABİT ŞƏRƏFİAmerikalı professor Xamneyiyə Kardaşyanın iqamətgahını bombalamağı təklif etdiVeteranlar qəhrəmanın məzarını ziyarət etdilərSüleymanini erməni general öldürüb - İrəvan ÇALXALANIRMüharibə veteranı yol polisinə rəis təyin olundu - FOTOSait Nursi də xristian çıxdıDaha bir erməni hərbçi cəhənnəmə yolçuluq etdi“Biz qurduq... dilimiz də qurd dilidir...” - Azərbaycanda sensasion tapıntı - Səbuhi Məmmədli yazırABŞ-ın ən təhlükəli ordusu HƏRƏKƏTƏ KEÇDİ - İranla dəhşətli MÜHARİBƏYƏ DOĞRUNazir Prokurorluğa müraciət etdi – “Saxta əlillər”dən pullar geri alınacaqHərbi Prokuror Xanlar Vəliyev: “Ötən il tarixə islahatlar ili kimi düşdü”İlham Əliyevdən sərt xəbərdarlıqŞəhid olan hərbçimiz dəfn olunub - FOTOQasım Süleymaninin tabeliyində çalışan daha 1 “Sepah”çı Yəməndə öldürülübMEDİAMIZIN SON "OXUNAQLI" "ŞEDEVRLƏRİNİ TƏQDİM EDİRİK...Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdiSüleymani bölgə üçün təhlükəli birisi olub - VİDEOŞƏHİDİMİZ VAR...Atmaca: İran Süleymanini dəfn edə bilmədiPrezident “Azərişıq” ASC-yə yeni sədr təyin etdi
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ