20 Dek 01:22GÜNDƏM / POEZİYA

DÜNYA BELƏ DÜNYADI...

DÜNYA BELƏ DÜNYADI...
GÜLQARDAŞ ZÜLFÜQAR

DÜNYA BELƏ DÜNYADI...

Üzün qara olsun, fələk,
Gədalar bəy, olub indi.
Ayaq tutub hiylə, kələk,
Doğru harda qalib indi?

Harda qalıb mərd ərənlər,
Dost yolunda can verənlər?
Pambıq ilə baş kəsənlər,
Yer üzünü alıb indi.

Fərq qoyan yox şora, yağa,
Ağıl verər sənə çağa
İşin düşər hər alçağa,
Yüz yol gözün, dolub indi.

Gizləyərək göz yaşını,
Hər kəs qoruyar başınI,
Qardaş atıb qardaşını,
Etibarsız olub indi.

DÜNYA BELƏ DÜNYADI...
A ZALIM

Dəli sevda hardan doldu başima,
Nə biləydim, uyğun deyil yaşıma?
Sənsizliyim qarışıb göz yaşıma,
Yanar oda, buz deyirsən a zalım!

Dünya heçdi, gözüm səntək sonada,
Geden gedib, ömrüm günüm fənada,
Sən atlısan, mən qalmışam piyada,
Gündə yüz cür, söz deyirsən a zalım!

Aşiqinəm sözdə yoxdu yalanım,
Pərvanəyəm, atəşinə qalanım,
Mən deyirəm, qoy başına dolanım,
Gendə dolan, gəz deyirsən a zalım!

Ürəyimin tükənibdi aramı,
Sən zalımsan, yoxsa bəxtim qaramı?
Dözdüyümə dözə bilməz Həramı,*
Elə gözlə, döz deyirsən a zalım!

--------------------------------------------------
*Hərami Hacıqabulda dağ adıdır


DÜNYA BELƏ DÜNYADI...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ