.

Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU

29 okt 2017
Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
Dünyanın siyasi mənzərəsi yenidən dəyişir və belə demək mümkünsə, siyasi xəritənin yenidən dizayn edilməsinə cəhd edilir. Yaxın və Uzaq Şərqdə, eləcə də Şərqi Avropada toqquşmaların siyasi müstəvidən hərbi sferaya keçməsi an məsələsinə çevrilib. Bu mənzərə fonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar yada düşür.

Publika.az xəbər verir ki, Fridman 2030-cu ilə qədər Rusiya Federasiyası dağılacağını iddia edir. Bu proses Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq. Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə edəcək, Finlandiya Kareyanı zəbt edəcək, Rumıniya isə Moldovanı özünə birləşdirəcək.

Qeyd edək ki, Rumıniya illərdir Moldovanı özünə birləşdirmək istəyir. Rumınlar hesab edirlər ki, Moldova xalqı ilə eyni kökə malikdirlər. Dünən Rusiyanın adamı hesab edilən Moldova prezidenti İqor Dodonun “mən Rumıniya ilə Moldovanın birləşməsinin əleyhinəyəm” açıqlamasını verməsi də Fridmanın proqnozu fonunda diqqət çəkir.
Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU
Fridman proqnozlarına davam edərək qeyd edir ki, Tibet Hindistanın köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini genişləndirəcək.

Rusiyanın yox olmasından sonra Gürcüstan Cənubi Osetiya və Abxaziyanı qaytaracaq, Ukrayna bu prosesdə ona ciddi dəstək verəcək. Orta Asiyanı da qaranlıq gələcək gözləyir. Dağılma prosesi Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq.

Proqnozda Rusiyasız qalan Ermənistanın sağ qalmayacağı deyilir. Bu ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən silinəcək. Bakı və Ankaranın ittifaqı güclənəcək və regionda əsas faktora çevriləcək. Azərbaycan həm də gələcəkdə regiondakı proseslərin idarə olunmasında əsas məkana çevriləcək.

Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc itirəcəyi deyilir. Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə “rəngli inqilab” başlayacaq. Regionda Yaponiya güclənəcək.

İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması perspektivlərini açacaq.

Mənbə: publika.az

Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə... – ABŞ kəşfiyyatının ŞOK PROQNOZU

460

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Vaxt Azərbaycanın xeyrinə işləyir - İrəvan üçün qeyd - ÖZƏL

Vaxt Azərbaycanın xeyrinə işləyir - İrəvan üçün qeyd - ÖZƏL

Mixail Magid Publisist, Yaxın Şərq üzrə mütəxəssis Hərbi nöqteyi nəzərdən Azərbaycan düzgün siyasət yürüdür. Media və KİV-də Rusiyanın t-90 tanklarının və
RUSİYANIN DÜNYAYA HƏRBİ

RUSİYANIN DÜNYAYA HƏRBİ "ƏZƏLƏ" NÜMAYİŞİ

Rusiya dünyanı qorxuya salan “Satan-2” termonüvə silahını sınaqlarına başlayıb. “Satan-2” adlanan termonüvə silahı Fransa böyüklüyündə ərazini bir atəşlə kül
ERMƏNI YALANLARINI IFŞA EDƏN KITAB AZƏRBAYCANDA DA KIMLƏRISƏ HIDDƏTLƏNDIRDI

ERMƏNI YALANLARINI IFŞA EDƏN KITAB AZƏRBAYCANDA DA KIMLƏRISƏ HIDDƏTLƏNDIRDI

RİZVAN HÜSEYNOV “Azer-Globe” İctimai-Siyasi Araşdırmalar İnstitutunun nəzdindəki Qafqaz Tarixi Mərkəzi tərəfindən çapa hazırlanan və TEAS PRESS Nəşriyyat Evi
Rusiyanın Ermənistanı silahlandırması ATƏT-in Minsk qrupunun prinsiplərinə ziddir

Rusiyanın Ermənistanı silahlandırması ATƏT-in Minsk qrupunun prinsiplərinə ziddir

Radə Abbas Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Uzun illərdir, Qarabağın işğalda qalmasının əsas səbəkarının Rusiya olduğunu

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ