.

Ermənilərin Lələ Təpəni yenidən almaq cəhdi

23 dek 2017
Ermənilərin Lələ Təpəni yenidən almaq cəhdi

















Bu yüksəklik uğrunda 400-dən çox erməni əsgəri həlak olub

Xocalı cəlladlarından biri, Ermənistan ordusunun Baş Qərərgah rəisi Movses Akopyan iddia edib ki, Ermənistan ordusu istənilən vaxt aprel döyüşlərində itirdiyi mövqeləri geri ala bilər.


İstiPress-in məlumatına görə, İrəvanda dərc olunan “Joxovurd” qəzetinə müsahibə verən Movses Akopyan iddia edib ki, sadəcə, hazırda bunu etməyə ehtiyac duymurlar, çünki əsgər həyatını bu cür xırda işlərə qurban verməyə ehtiyac yoxdur.

Erməni general iddia edib ki, Ermənistan ordusunun əsgərlərinin igidliyi olmasa, Azərbaycan ordusu nəinki Qarabağı, hətta Zəngəzuru və İrəvanı da götürər.

“EADaily” erməni portalının yazdığına görə, erməni generalını əhəmiyyətsiz saydığı LələTəpə yüksəkliyi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə 2 aprel 2016-cı ildə keçib. Bu barədə ilk məlumatı Ermənistan ordusunun təmsilçisi Viktor Arustamyan elə həmin günlərdə bildirib. O, həmin yüksəkliyin elə də ciddi itki olmadığını iddia etməyə çaldışıb: “Lələ təpə strateji önəm daşıyan yüksəklik sayıla bilməz, zirvəsinin radiusu cəmi 5 metrdir. Ətraf landşaftla müqayisədə onun hündürlüyü 20 metr təşkil edir”.

Ermənilərin Lələ Təpəni yenidən almaq cəhdi
















Lələ Təpə istiqamətində aprel döyüşləri zamanı Azərbaycan ordusunun nəzarətə götürdüyü ərazilər
Lələ Təpə istiqamətində aprel döyüşləri zamanı Azərbaycan ordusunun nəzarətə götürdüyü ərazilər
Amma elə “EADaily” verdiyi başqa məlumatla erməni zabitin bu iddiasının boş olduğunu sübut edir. Portalın yazdığına görə, Horadiz kəndi ilə Horadiz stansiyasının arasında yerləşən bu təpə Ermənistan ordusunun nəzarətinə 1994-cü ildə keçib və erməni tərəfi bu təpəyə görə həmin vaxt 400 əsgər itirib.

Əslində, Movses Akopyan reallığı deməkdən çəkinib - Ermənistan ordusu Azərbaycan ordusu ilə döyüşmək iqtidarında deyil və “EADaily” elə həmin məqalədə sətiraltı bunu vurğulayıb. Portal bildirir ki, 2016-cı il aprelin 2-də Azərbaycan ordusunun başladığı genişmiqyaslı hücmu yalnız aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə dayandırmaq olub.

Ola bilər ki, 1994-cü ildə Ermənistan ordusu, doğrudan da, Azərbaycan ordusu ilə döyüşmək iqtildarında olub. Amma bu da şübhəlidir, çünki Rusiya jurnalisti Aleksandr Nevzorovun Ağdərənin işğalından Rusiyanın Poskov desantçılarının Ermənistan tərəfindən döyüşməsi barədə çəkilişləri var. Eyni zamanda, Horadiz istiqamətində Azərbaycanın ələ keçirdiyi rus hərbçiləri və rus texnikası göstərir ki, Moskva müdaxilə etməsəydi Azərbaycan hələ 25 il qabaq ərazi bütövlüyünü təmin edərdi. Yəni bu öz yerində.

Ermənilərin Lələ Təpəni yenidən almaq cəhdi

Serj Sarkisyan Qarabağda hərbi hissədə əsgərlərlə nahar edir - yəqin ki, yağ marqarin deyil, İrəvandan özü ilə gətirib
Serj Sarkisyan Qarabağda hərbi hissədə əsgərlərlə nahar edir - yəqin ki, yağ marqarin deyil, İrəvandan özü ilə gətirib
Amma bu keçən 25 il də Ermənistan ordusunun heç də güclənmədiyini sübut edir. Erməni KİV-lərinin yazdıqlarından belə görünür ki, bu orduya çağırış yolu ilə belə əsgər yığmaq mümkün deyil. Ermənistan hər il yalnız 10 minə yaxın çağırışçını orduya apara bilir, 5 minə yaxın yeniyetmə isə çağrış yaşı çatmamış müxtəlif yollarla ölkəni tərk edir və bir daha geri qayıtmır.

Ən maraqlısı da odur ki, Ermənistanın bir qrup yüksək çinli məmuru orduya hərbi qurum kimi yox, varlanma aparatı kimi baxırlar. Məsələn, İrəvanda dərc olunan "Past" qəzetinin yazdığına görə, uzun illər boyu Ermənistanda əsgərlərə kərə yağ adı altında ucuz xarici marqarin yediriblər, dövlətdən isə pulu kərə yağa görə alıblar. Həmin işi görən şirkətlər isə dövlət ərzaq təhlükəsizliyi qurumun rəhbərlərindən olan Yeqişe Marqaryana məxsus olub. Onun rəhbərlik etdiyi qurum həmişə yağın təbii inək südündən hazırlanması barədə sənəd verib. Bu, Ermənistan ordusundakı koorupsiyanın sadəcə kiçik bir epizodu - hər əsgər üçün gün ərzində 20 qram nəzərdə tutulan kərə yağ üzrə təzahürüdür və artıq bununla bağlı bir neçə yüksək çinli məmur həbs edilib. Dəyəri milyon dollarla ölçülən hərbi texnikanın satınalması üzrə korrupsiyanın izi isə daha yüksək vəzifə pillələrinə aparır.

Manevr.az

Ermənilərin Lələ Təpəni yenidən almaq cəhdi

707

ЕЩЕ НА ЭТУ ТЕМУ:

Qarabağda Ermənistanı yerlə yeksan edəcək “İLDIRIMSÜRƏTLİ HÜCUM” PLANI

Qarabağda Ermənistanı yerlə yeksan edəcək “İLDIRIMSÜRƏTLİ HÜCUM” PLANI

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin gündəmə gəlməsi haqda qorxular yaranıb. Hazırda İrəvanda hakimiyyət uğrunda prezident Serj
Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb

Ermənistan ordusu Qarabağda hərbi təlimlərə başlayıb

Fedai.az publika.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən təlimlərin məqsədi müdafiə və əks-hücum məqsədi daşıyır.
Aprel döyüşləri Azərbaycan dövlətinin qələbəsidir: İlham Əliyev

Aprel döyüşləri Azərbaycan dövlətinin qələbəsidir: İlham Əliyev

“Cocuq Mərcanlı kəndinin bərpası xüsusi məna, rəmzi xarakter daşıyır. Onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və
Rəsmi məlumatlara görə 11557 şəhidimiz var

Rəsmi məlumatlara görə 11557 şəhidimiz var

Ermənistan və Azərbaycan arasında 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında şəhid olan Azərbaycan hərbçilərinin
Vaxt Azərbaycanın xeyrinə işləyir - İrəvan üçün qeyd - ÖZƏL

Vaxt Azərbaycanın xeyrinə işləyir - İrəvan üçün qeyd - ÖZƏL

Mixail Magid Publisist, Yaxın Şərq üzrə mütəxəssis Hərbi nöqteyi nəzərdən Azərbaycan düzgün siyasət yürüdür. Media və KİV-də Rusiyanın t-90 tanklarının və

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ