.

Rusiya ilə müharibəyə HAZIRLAŞIN! – ABŞ-dan ŞOK SİQNAL

24 dek 2017
Rusiya ilə müharibəyə HAZIRLAŞIN! – ABŞ-dan ŞOK SİQNAL

“ABŞ Ukraynaya silah çatdırmaqla münaqişənin hərbi yolla həlli cəhdinə dəstək göstərir və bu barədə Kiyevə aydın şəkildə siqnal verir”.
Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin başçısı Aleksey Puşkov bildirib.

“ABŞ Ukraynaya ölümcül silah çatdırmaqla bağlı qərar verərək Kiyevə aydın şəkildə siqnalı ötürür ki, münaqişənin hərbi həlli üzrə cəhdini dəstəkləyəcək. Volker (Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker –red.) məzuniyyətə gedə bilər”, – komitə başçısı Tvitterdə yazıb.

Daha əvvəl isə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin başçısı Konstantin Kosaçev ABŞ-ın qərarını müharibənin xeyrinə qəbul edilmiş addım adlandırıb.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçının müavini Qriqori Karasin hesab edir ki, Ukraynaya silahların çatdırılması barədə ABŞ-ın qərarı Kiyevdəki “müharibə partiyası”nı həvəsləndirir. Onun sözlərinə görə, ABŞ-ın qərarı Ukrayna hakimiyyətini güc ssenarisinə itələyir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya letal (ölümcül) silahların, həmçinin “Javelin” tank əlehinə raketlərin verilməsini bəyənib. Bu haqda Amerika məmurlarına istinadən “Assoşieyted Press” agentliyi bildirib.

“ABC News” telekanalının xəbərinə görə, söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir.

Qanunvericiliyə uyğun olaraq prezident silahların çatdırılması barədə planı Konqresə göndərəcək. Konqres bir ay müddətində ona baxmalıdır.

Dekabrın 22-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert bildirib ki, Vaşinqton ərazi bütövlüyü və müstəqilliyin müdafiəsinin təminatı üçün Ukraynaya müdafiə silahlarının çatdırılması haqqında qərar qəbul edib.

Daha əvvəl yayılan xəbərə görə, Dövlət Departamenti “Barrett M107A1” böyuk kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını bəyənib. Onların ümumi dəyəri 41,5 milyon qiymətləndirilir.

Ukraynanın şərqində separatçıları dəstəkləyən rəsmi Moskva isə ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.

Rusiya ilə müharibəyə HAZIRLAŞIN! – ABŞ-dan ŞOK SİQNAL

363

ЕЩЕ НА ЭТУ ТЕМУ:

ABŞ KÖHNƏ İŞİD TÖR-TÖKÜNTÜLƏRİNDƏN “YENİ SURİYA ORDUSU” YARADIR?

ABŞ KÖHNƏ İŞİD TÖR-TÖKÜNTÜLƏRİNDƏN “YENİ SURİYA ORDUSU” YARADIR?

Rusiya Müdafiə Nazirliyi və Rusiya Federasiya Şurasının Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç iddia edirlər ki, ABŞ Suriyada Bəşər Əsədlə
İlham Əliyev Kalaşnikovu qəbul edib

İlham Əliyev Kalaşnikovu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə
Tramp türklərə söz verdi: Bir də olmayacaq

Tramp türklərə söz verdi: Bir də olmayacaq

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Ərdoğanla telefonda danışdığını deyən nazir, dialoqun müsbət keçdiyini söyləyib “Cənab Tramp açıq şəkildə bizə söz
İlham Əliyev Pyotr Poroşenko ilə görüşdü

İlham Əliyev Pyotr Poroşenko ilə görüşdü

Noyabrın 23-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Pyotr Poroşenkonun görüşü olub. Yenicag.az xəbər verir ki, dövlət başçısı
XƏBƏRİNİZ OLSUN: FEDAİ.AZ XƏBƏR VERİR...

XƏBƏRİNİZ OLSUN: FEDAİ.AZ XƏBƏR VERİR...

#Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ