25 Dek 11:23GÜNDƏM / TARİX

Yapon və Monqolustan alimlərinin maraqlı tapıntıları

Yapon və Monqolustan alimlərinin maraqlı tapıntıları

Yaponiyanın Osaki Universiteti və Monqolustan Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutunun arxeoloqları Türk runi yazıları olan daş sütunlarla əhatə olunan nadir bir qəbir abidəsini aşkar etmişlər.

Doqoin-Şirə adlanan bu nadir qəbir abidə kompleksi Monqolustanın şərqindəki Delğerxan dağının Suxe- Bator çayı sahilində yerləşir.

Yaponiya - Monqolustan arxeoloji ekspedisiyası bu abidəni 2015-2017-ci illərdə tətqiq etmişdir. Kompleksin mərkəzində rəngli yazı ilə boyanmış daş sütunlar və türbə aşkar olunmuşdur. Qazıntılar zamanı alimlər tapılan kömür qalıqları, qoyun dəriləri və at sümükləri üzərində radiokarbon müayinələri apararaq bu qənaətə gəlmişlər ki, abidə kompleksi VIII əsrdə, Şərqi Göytürk Xaqanlığı dövründə inşa edilmişdir. Yazıların oxunmasının nəticələri də bu faktı təsdiq etmişdir. Yazılarda burada, Xaqandan sonra ikinci şəxsin dəfn edilməsi barədə məlumat verilir. Dəfn edilən Bilgə Xaqanın dövründə (716-734) yaşamışdır. Bilgə Xaqanın oğlu Bilgə Qutluq xanın zamanında bu şəxs “tolis- şad” (“Şərqin hökmdarı”) adını daşımışdır.
Professor Takaşi Osavanın sözlərinə görə, bu tapıntı sübut edir ki, bu ərazi adı çəkilən Xaqanlığın şərq hissəsinin mərkəzi olmuşdur.

Yapon və Monqolustan alimlərinin maraqlı tapıntıları

Tarixçi alimlər tapıntının Türk Xaqanlığının qonşu dövlətlərlə münasibətlərinin və əlaqələrinin öyrənilməsinə əhəmiyyətli dərəcədə bilgilər əldə etməyə və eləcə də məzar kompleksindəki yazıların və bu kompleksin arxitekturasının öyrənilməsi qədim türklərin dini baxışları barədə yeni məlumatlar öyrənməyə kömək edəcəkdir.

Mənbə: http://historicaldis.ru/…/Arheologi-nashli-pogrebalnyiy-kom…

Tərcümə etdi: Seyyub Əsədov
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ