.

VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI

29 okt 2017
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI
Vətənin hər qarışı əzizdi. Hər çınqılına min can fəda olsun. Amma Qazax rayonunun 7 kəndi Bağanis Ayrım (24 mart 1990-cı il), Xeyrimli (8 mart 1992-ci il), Bərxudarlı, Sofulu (27 aprel 1992-ci il), Yuxarı Əskipara, Sofulu (8 iyun 1992-ci il) Qızıl Hacılı (11 iyun 1992-ci il), Aşağı Əskipara (14 iyun 1992-ci il) və Naxçıvanın Kərki adlı bir kəndi (18 yanvar 1990-cı il) artıq indidən unudulub. Çünki daha ağır və böyük Qarabağ dərdinin fonunda bunlar görünməz olub.
Mart ayının 23-dən 24-nə keçən gecə Bağanıs Ayrımda ilk faciə törədildi. 5 nəfərdən ibarət olan Əsliyevler ailəsi diri-diri ocağa atıldı. Daha bir nəfər kənd sakini də odda yandırıldı. Bir milis serjantı da həmin gecə bu dəhşətli soyqırımın qurbanı oldu. Ocağa atılan insanların böyüyü 75 yaşında, kiçiyi isə 39 günlük körpə idi. Faciə zamanı 17 ev yandırıldı, 11 ev isə qarət edildi. Bu faciə hələ dağılmamış SSRİ-nin aidiyyatlı orqanlarının gözləri qarşısında baş vermişdi.
Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və bu kəndlər aprelin 27-də işğal edildi. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlı da 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşdülər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn yolu ermənilər partlatmışdılar. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra işğal edildi.Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid oldu, 3 nəfər ağır yaralandı. Barxudarlı və Sofulu kəndlərində yerləşən 230 evin hamısı talan edilərək yandırıldı.
Qızılhacılı kəndi Qarabağ müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən tam işğal olunub və dağıdılıb. Hal-hazırda kəndin böyük hissəsi işğaldan azad olunub, lakin kəndin bir hissəsi hələ də cəbhə xəttində yerləşir. 2010-cu ilin yanvar ayında Ermənistan Silahlı Qüvvələri daha bir vəhşilik törədərək gecə zamanı kənd qəbiristanlığını dağıdıblar. Təqribən 30 məzar tamamilə dağıdılıb. Bir gün əvvəl dəfn edilən bir nəfərin məzarının üzərinə isə taxtadan hazırlanmış xaç işarəsi qoyulub.
Xeyrimli kəndi 8 mart 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Aşağı Əskipara kəndi 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır
Yuxarı Əskipara kəndi 8 iyun 1992-cı ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçiriblər. Həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olundu.
U N U T M A...
Fedai.az Aradırma Qrupu

VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI
VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI
https://i.hizliresim.com/6yJqb7.png

VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI

429

ЕЩЕ НА ЭТУ ТЕМУ:

ZƏNGİLANIN İŞĞALINDAN ... İL KEÇİR...

ZƏNGİLANIN İŞĞALINDAN ... İL KEÇİR...

Hər il dəyişən rəqəmləri yazmaqdan yorulduq. Elə bilmən yadımızdan çıxıb. 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ
Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikas

Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikas

Yenicag.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif
KÜRD LİDERİ BƏRAZNİ ÇIXILMAZ DURUMDADIR...

KÜRD LİDERİ BƏRAZNİ ÇIXILMAZ DURUMDADIR...

Ərbildəki mənbələr “Yeni Şəfəq” qəzetinə bildiriblər ki, Bərzani bu məğlubiyyətdən sonra daha da təkləşəcək və “vurulacaq”. “Bölgə əhalisinin böyük hissəsi
İRAQ KÜRDLƏRİNİN SON HƏRƏKƏTLƏRİ ERMƏNİSTANA BAHA BAŞA GƏLDİ...

İRAQ KÜRDLƏRİNİN SON HƏRƏKƏTLƏRİ ERMƏNİSTANA BAHA BAŞA GƏLDİ...

İRAQ KÜRDLƏRİNİN SON HƏRƏKƏTLƏRİ ERMƏNİSTANA BAHA BAŞA GƏLDİ... Erməni mətbuatının məlumatına görə İrak kürdlərinin müstəqilliyi uğrunda onlara canfəşanlıq

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ