28 Dek 12:43GÜNDƏM / TƏHSİL

Təhsil nazirliyi "Elektron Təhsil" Respublika müsabiqəsinə yekun vurdu

Təhsil nazirliyi "Elektron Təhsil" Respublika müsabiqəsinə yekun vurdu

Azərbaycan Təhsil nazirliyinin keçirdiyi "Elektron Təhsil" Respublika müsabiqəsi "Təhsildə ən yaxşı İnternet resursları" nominasiyası üzrə fərqlənənlər arasında Şirvan şəhər T.Bağırov adına 11 saylı tam orta məktəbin tarix müəllimi, bizim saytda və digər mətbu orqanlarda maraqlı yazılarla çıxış edən, 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Seyyub Əsədov da var. Saytımızın kollektivi adından dəyərli pedaqoqumuzu təbrik edir və gənc nəslin vətənpərvər ruhda tərbiyə etməsində uğurlar arzu edirik.

S. Əsədov bir müəllim kimi gənc nəslə tariximizi öyrətməklə yanaşı onu sevdirməyə çalışan az saylı müəllimlərimizdəndir.
Təhsil nazirliyi "Elektron Təhsil" Respublika müsabiqəsinə yekun vurdu

Hazırladığı sinxron təhsil platformasında deyilir: " Məktəb proqramlarına uyğun olaraq istər II Dünya müharibəsi, istərsə də Qarabağ müharibəsi mövzuları 9 və 11-ci siniflərdə araşdırılır. Lakin hesab edirəm ki, hər bir müəllim digər dərs apardığı siniflərdə də belə mövzulara zamanı gəlincə müraciət etməli və məktəbliləri vətənə sevgi ruhunda tərbiyə etməyi bacarmalıdır. Mənim üçün bu iş həm təhsil, həm də tərbiyə prosesində prioritetdir.

II Dünya və Qarabaq müharibəsi ilə əlaqədar yerli tarixi materialların şagirdlər tərəfindən araşdırılması işi müəllimlərin məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etməsi ilə yanaşı, həm də onların vətəndaş mövqeyinin möhkəmləndirilməsində xüsusi rol oynayır. Bu işi məhsuldar şəkildə həyata keçirmək üçün müxtəlif layihələr, mini-araşdırmalardan başlamaq daha məqsədəuyğun olardı. Tədqiqat və qaraşdırmalardan istifadə şagirdləri təklif edilən materialları təhlil etməyə, araşdıraraq problemləri dərindən tədqiq etmək, hipotez irəli sürmək, sübut etmək, onun həlli yollarını axtarmaq və nəticələr çıxarmağa sövq edir".
Təhsil nazirliyi "Elektron Təhsil" Respublika müsabiqəsinə yekun vurdu

Məktəblilərin tarixi hadisələri dərindən əxz etməsi üçün həyata keçirdiyi təcrübəni Seyyub Əsədov belə şrh edir: " 2017-ci ildə XA sinif şagirdləri ilə “ Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” adlı layihə hazırladıq və həyata keçirdik. Bu layihə inteqrasiya olunmuş bir layihə idi.
Mən bir tarix müəllimi kimi, şagirdlərin mövzunun incəliklərinə “dalmaq”, mövzuya emosional “duyğu” vermək işimi dərk edirdim. Bunun üçün tarixi foto və şəkillər, mövzuya dair müxtəlif qısa video roliklərdən istifadə istifadə etdim. Layihənin ən kuliminasiya nöqtəsi Qarabağ uğrunda vuruşaraq qəhrəmancasına həlak olan Mübariz İbrahimovun anasına yazdığı məktubun araşdırılması idi. ....Bu zaman məktub tam mətnlə oxundu, hamı dinlədi və fikir mübadiləsi aparılırdı.
Təhsil nazirliyi "Elektron Təhsil" Respublika müsabiqəsinə yekun vurdu

Növbəti dərs ilində şagirdlərimiz üçün mən və məktəbimizin ədəbiyyat müəllimi Qaraxanova Aynurə ilə birlikdə hazırladığımız “Təhsil tədqiqatları və layihə fəaliyyətlərinin əsasları” adlı proqram layihəsi həyata keçirmək istəyirik".
Gənc nəslin tərbiyəsində fədakarcasına çalışan Seyyub Əsədov kimi pedaqoqlarımızın qədrini bilməli və layiqincə qiymətləndirilməsinə çalışmalıyıq. Uğurlar olsun, Seyyub müəllim...

Ə. N. Zərdabi
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ