30 Dek 12:16GÜNDƏM / TƏHSİL

Qənirə Paşayeva: "Əlillərin təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin"

Qənirə Paşayeva: "Əlillərin təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin"

"Milli Məclisin dekabrın 29-da keçirilən iclasında ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsi təklif edilib.

Bu təkliflə çıxış edən deputat Qənirə Paşayeva bildirib ki, bu qrupdan olan insanlarla görüş keçirib və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər, əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların nümayəndələri ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini xahiş ediblər.

Onun fikrincə, fiziki imkanları məhdud gənclər Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsil haqqında azad olunması məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər: “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin. Çünki onlar üçün bu vəsaiti ödəmək çox çətindir. Ona görə də əlillərin ödənişli ali təhsildən azad edilməsi sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı".

Fedai.az
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ