30 Dek 12:25GÜNDƏM / POEZİYA

Anan ölsün, ay Vətən!

Anan ölsün, ay Vətən!


Milli Daşqın Ziyəddinoğlu


Üstünə yağıbdı qar, bu gecə sübhə qədər,
Soyuq oldu sənə də, üşüdünmü can, Vətən?
Yaraların dərindi, simlədərsən, qorxuram,
Qaysaq tutmaz yaran çox, neynəyim, can-can Vətən!

Anan ölsün, ay Vətən , sənin bir yeyən hanı?
Ətini, iliyini sümürüb yeyən hanı?
Hanı mənim çiynimdə kürsüyə gələnlərin?
Kürsüyə gələnlərmiş, kürsəyə gələnlərin!

Deşib şah damarından turbalar keçirtdilər ,
Sistem qoşub qanını, kimlərə köçürtdülər?
Kimdir, yanan halına, ay anan-atan ölsün,
Qollarını bağlayıb, arxadan çatan ölsün.

Qara bağrım kimidir, qara baxtlı Qarabağ,
Gəzdirirəm sinəmdə Təbruz boyda yara, bax!
Dərbənd irinli yaram , sağalması nagüman ,
Hər gecə çiban kimi zoqquldayır, ay aman...

Bu gecəki sazağı duyursanmı şəhidim?
Buz məzarın içində uyursanmı, şəhidim ?
Vətən oğul istəsə, yorğana girən də biz ,
Anana ağızdolu, təsəllu verən də biz...
Unut bizim tək belə, yaddaşı unutqanı ,
Sizin kimi bacını-qardaşı unudanı...

Asılsam da dilimdən, mən haqqı deyəcəyəm,
Başını dik tut Vətən, sənə baş əyəcəyəm!
Gəlin aparın məni, güllələyin, dincəlin,
Sonra da məzarıma gül ələyin, dincəlin!
Asın dar ağacından, doğrayın Babək kimi,
Hər dövrün məhkumu var, hər dövrün öz hakimi...

Torpaq kasıbın, atam, zəhmət kasıbkarların,
Amma bütün kürsülər milli qəsbkarların...
Nə var ki, vəsf eyləyib, nəğmə qoşum sənə mən,
Asandır şeir demək, onun deyim, hələ mən. .
Adını ağ kağıza böyük hərifnən yazım,
İçimdə yoxsa qeyrət, yazdığım kimə lazım?

Anan ölsün, ay Vətən, atan ölsün, ay Vətən,
Eh... Səni dayısına satan ölsün, ay Vətən!!!

Anan ölsün, ay Vətən!
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ