06 Yan 02:42GÜNDƏM / POEZİYA

DÜNYA MƏNİM NƏYİMDİ Kİ?

DÜNYA MƏNİM NƏYİMDİ Kİ?


















EL BƏYİ

DÜNYA MƏNİM NƏYİMDİ Kİ?

Yollar uzun, yorulmuşam,
Lillənmişəm, durulmuşam,
Özümü satın almışam,
Dünya mənim nəyimdi ki?

Verdiyi pay gözün yaşı,
Dərd çörəyim, kədər aşım,
Heç olmasın məzar daşım,
Dünya mənim nəyimdi ki?

Baxmalıydı, baxdı gözüm,
Dinməliydi, dindi sözüm,
De nəyindən umum, küsüm,
Dünya mənim nəyimdi ki?

Mənim olan mənim deyil,
Heç əzəldən çəmim deyil,
Dayım deyil, əmim deyil,
Dünya mənim nəyimdi ki?

AD GÜNÜ

Nəğmə nədi, şeir nədi, həvəs nə?
Öz ağrımı yoza-yoza gəlmişəm.
Açılmayan daş qıfıllar üstünə,
Arzuları yaza-yaza gəlmişəm.

Hər ələkdə ələnmişəm, yüz dəfə,
Sovrulmuşam, çilənmişəm, yüz dəfə,
Gümanlara bölünmüşəm, yüz dəfə,
Çaya qarşı üzə-üzə gəlmişəm.

Bu dünyaya nə gətirdim, bilmədim,
Bu ömürdən nə götürdüm, bilmədim,
Nə qazandım, nə itirdim, bilmədim,
Dərviş kimi gəzə-gəzə gəlmişəm.

Dolanmışam çox bazarı alçı tək,
Pay ummuşam, satanlardan falçı tək,
Yol itirmiş, yorğun-arğın yolçu tək,
Düz yolu da aza-aza gəlmişəm.

Zəmi idim, ümüd-ümüd biçildim,
Bulaq idim, inam-inam içildim,
Bir dağ idim, təpə kimi kiçildim,
Yaralara dözə-dözə gəlmişəm.

Gördüklərim eyləmədi könlü şad,
Bu dünyanı mən görmədim, heç abad,
Namərdlərin, nakəslərin adbaad,
Məzarını qaza-qaza gəlmişəm...

DÜNYA MƏNİM NƏYİMDİ Kİ?

DÜNYA MƏNİM NƏYİMDİ Kİ?
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ