30 Okt 01:46GÜNDƏM / VETERAN

DƏYƏRLİ TARİXÇİMİZ HƏBSDƏ OLAN VETERAN ÜÇÜN MÜRACİƏT YAYDI

DƏYƏRLİ TARİXÇİMİZ HƏBSDƏ OLAN VETERAN ÜÇÜN MÜRACİƏT YAYDI
REDAKSİYADAN: Dəyərli və vətənpərvər alimimiz D. Əzimlinin ürək yanğısı ilə yazdığı bu statusu döyüşçülər daha yaxından anlayacağı şəksizdir. Bizim bu məmləkətdən uzaqlarda olan veteranlarımıza üz tutub bu çağırışa hay vermələrinə inanıram. Çünki bu ölkənin pulları "erməni xəritələrinə", şouda ermənicə "can Qarabağ" oxuyanlara, Haykanuşun uşaqlarının gələcəyinə xərclənir. Çünki erməni milyonçuları kimsəsiz, istedadlı uşaqları, bizim milyonçular isə Şakiranı "oxudurlar". Çünki BİZİM BİZDƏN BAŞQA KİMSƏMİZ YOXDUR!
Azər Rəşidoğu qardaşım yazır ki, Canpolad erməninin kabusu idi. Kimdir Canpolad? Çoxları onu tanımır? Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, səngərdə ermənilərə qan udduran bir soydaşımızdır. İndi isə Rusiyada həbsxanadadır. Bir erməni dığasının üstündə həbsxanaya düşüb. Kalon rəisi də ermənidir. Ona əzab verir. Onu Azərbayacana etap etdirmək üçün 20 min pul lazımdır. Dostları da tapa bilmirlər. O dostlar ki, səngərlərdə döyüşdülər, erməni ilə üzbəüz gəldilər, şəhid olanlar oldu, qalanları da...
Bəs indi? İndi isə o zaman Üçrəngli bayrağı təhqir edənlər, ruslara qucaq açanlar həmin bayrağın altında oturub, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaqdan danışır və milyardları şəxsi maraqlarına xərcləyirlər. Canpolada isə etap olunmaq üçün pul tapılmır. O zaman Canpoladı tanıyan neçə mübarizə yoldaşı bu gün bizim parlamentdə oturubdur? Nə əcəb, onlar da susur? Bəlkə tanımırlar? Onların yadına Sovetlər dönəmində baxdığım bir filmi salmaq istəyirm. Bu filmin adı "İlğım" idi. Orada bir surət var idi. O, yaxşı nuşançı idi. Vyetnam müharibəsində iştirak etmişdi. Veteran idi. Amma sonradan bu veteran öz ölkəsində pis günə düşmüşdü, yaşamaq üçün cinayətə getmişdi. Bir də bir boksçu surəti var idi. Filmin sonunda ən bəyəndiyim surət idi. Ölümə gedəndə dedi ki, biz kimsəyə lazım deyilik, çünki pulu yumruqla qazanırdıq. Bunu elə-belə yazmadım.
Bu gün o zaman döyüşən Qarabağ döyüşçülərinin çoxu bu sözləri işlədir: "Biz kimə lazımıq? Bu günəmi döyüşdük?". Bunları Canpoladın vəziyyətindən kövrəlib yazdım. Bizdə nə qədər Canpolad taleli Qrabağ qəhrəmanımız vardır. Axı onlar bir məktəbdir. Bu məktəbi qorumalıyıq. Onların təcrübəsi bizə gərək olcaqdır. Axı qarşıda Qarabağ savaşı vardır. Biz o zaman bizim bayrağımızı təhqir eənlərləmi döyüşəcəyik? Onlar dərhal üzünü şimala tutub onun tapşırıqlarını yerinə yetirəcəklr! Sonda üzümü Canpoladı tanıyan keçmş dostlra tuturam: "İmkanı olan varsa, onu erməni əsirliyindən xilas etsin. Çünki onu qəsdən elə kalona salıblar ki, rəisi erməni olsun".
Dilavər Əzimli
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ