09 Yan 15:10SİYASƏT / GÜNDƏM

Qazi polkovnik-leytenant vəfat etdi – Hərbi hospitalın günahı ucbatından

Qazi polkovnik-leytenant vəfat etdi – Hərbi hospitalın günahı ucbatından

QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi Hərbi Klinik Hospitalın günahı ucbatın ağır yataq xəstəsinə çevrilmiş Kamil Süleyman oğlu Şirəliyev vəfat edib.

Bu barədə sayta K.Şirəliyevin ailəsindən xəbər veriblər.

Xatırladaq ki, QAZİLER.AZ saytı bir müddət əvvəl K.Şirəliyevin vəziyyəti ilə bağlı geniş yazı ilə çıxış etmişdi.

Tanıtım: Kamil Süleyman oğlu Şirəliyev 1960-cı ildə Kürdəmir rayonu Şilyan kəndində doğulub. Əvvəl Bakı Sosial İdarə etmə və Politologiya institutunun politologiya fakültəsini, sonra isə Bakı Ali Hərbi Dəniz Məktəbinin nəzdində zabit-siyasi işçi hazırlama üzrə kurs bitirib. Hələ sovetlər dönəmində Zaqafqaziya Hərbi dairəsində leytenant olaraq xidmətə başlayıb. Azərbaycan müstəqil olandan sonra öz ordumuzda xidmət edib. Torpaqlarımızı erməni təcavüzünə məruz qalanda isə bir hərbiçi kimi cəbhə bölgəsinə göndərilib. Gedib, xidmət edib, döyüşüb, bir neçə dəfə yaralanıb.

O, “N” saylı hərbi hissədə taqım komandiri, sonra isə motoatıcı alayın bölük komandirinin müavinindən başlayaraq alay komandiri vəzifəsinə qədər böyüyüb. Füzuli, Cəbrayıl, Ağdərə və sairə döyüş bölgələrində xidmət edib, döyüşüb. 1993-cü ildə isə Ağdam uğrunda döyüşlərdə top mərmisinin partlaması nəticəsində baş nahiyəsindən qəlpə yaraları və qapalı kəllə beyin travması alır. Müalicə alsa da, həmin gündən həyatının ən ağır anları başlayıb. İlk əvvəl güclü baş ağrıları, əsəb gərginliyi, süstlük-yorğunluqla özünü biruzə verən travma sonra səhhətində əməlli - başlı problemlərə yol açıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0285 saylı 14.06.2001 il tarixli əmri ilə 156-cı maddənin “A” bəndinə əsasən Azərbaycan Silahlı Qüvvələrindən polkovnik-leytenant Kamil Şirəliyev ehtiyata buraxılıb.

Kamil Şirəliyev 1997-ci ildən Suraxanı rayon” Müharibə, Əmək və Silahlı Qüvvələr” birliyinin üzvü, “Qarabağ müharibəsi veteranlar birliyinin” üzvü və 2008-ci ildə isə sədri seçilir. 2009 – cu ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə “ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalları ilə təltif olunub.

“Qarabağ qaziləri” birliyi Kamil Süleyman oğlu Şirəliyevin vəfatındən kədərləndiyini bildiri, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!

QAZİLER.AZ
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ