.

Ankara-Moskva xəttində gərginlik artır - Rusiyadan MİT-ə MƏKTUB

11 yan 2018
Ankara-Moskva xəttində gərginlik artır - Rusiyadan MİT-ə MƏKTUB

Suriya ordusunun İdlibdə əyalətində müxalifət güclərinə qarşı hücumları Ankara-Rusiya-İran üçbucağında gərginlik yaradıb. Rejim güclərinə Rusiya qırıcılarının dəstək verdiyi bildirilir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu son iki gün ərzində İran və Rusiyaya hücumların dayandırılması barədə xəbərdarlıq edib.

“Rusiya və İran Bəşər Əsəd rejimini dayandırmalıdır”, - Çavuşoğlu bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısı dünənki açıqlamasında bildirmişdi ki, Suriya rejimi “Ən-Nüsrə” Cəbhəsi bəhanəsi ilə mülayim müxalifləri vurur.

“Nümayiş etdirilən bu mövqe siyasi həll prosesini baltalaya bilər”, - nazir qeyd edib.

Çavuşoğlunun sözlərinə görə, İran və Rusiyanın Suriya tərəfindən həyata keçirilən hücumlarla əlaqədar hər hansı bəhanəsi olmayacaq. Türkiyəli nazir qeyd edib ki, “Ən-Nüsra” və digər terror qrupları bəhanə edilərək dinc insanlara və mödətil müxalifətə hücumlar təşkil olunur.

“Biz İdlibdəki terror qruplarının təmizlənməsi üçün təkliflərimizi hər kəslə paylaşdıq. “Terror qruplarını məhv etmək üçün bütöv şəhəri bombalayaq” kimi vəhşi bir üsul ola bilməz. Biz nə üçün Astana prosesinə başladıq? Biz niyə Soçidən danışırıq? Cenevrə danışıqlarının heç bir mənası qalmayacaq? Atəşkəs pozuntularının 95 faizi rejim və ya rejimi dəstəkləyən qruplar tərəfindən edilir. Məqsəd nədir? Sülh danışıqlarından faydalanaraq mötədil müxalifət və dinc vətəndaşları məhv etməkmi istəyirlər? Rusiya və İran üzərinə düşən məsuliyyətini yerinə yetirməlidir. Rusiya və İran rejimi dayandırmalıdır. Bu, adi bir hava hücumu deyil. Rejim İdlibin içinə irəliləyir. Burada niyyət fərqlidir”, - Çavuşoğlu vurğulayıb.

Dünən axşam saatlarında isə Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyənin narahatlığı ölkə sərhədlərinə doğru növbəti köç dalğasının başlaya biləcəyi ilə bağlıdır. Təxminlərə görə, rejim güclərinin hücumları davam edərsə, 2 milyona qədər insan Türkiyə sərhədləri istiqamətində axın edə bilər.

Rusiya Müdafiə Nazirliyi isə Türkiyə Silahlı qüvvələri Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidana bir məktub göndərilərək Türkiyənin Suriyadakı məsuliyyətinin xatırladıldığı bildirilib. Moskvaya görə, Rusiyanın Suriyadakı Xmeymim hərbi hava bazasına hücum edən pilotsuz uçuş aparatları müxalifət gücləri tərəfindən nəzarət edilən İdlib təhlükəsizlik bölgəsinin cənubi-qərbindən qalxıb

Ankara-Moskva xəttində gərginlik artır - Rusiyadan MİT-ə MƏKTUB

452

ЕЩЕ НА ЭТУ ТЕМУ:

İrandan sonra hədəf qardaş ölkədir - Putinin “qara qutusu” ABŞ-ın gizli PLANINI AÇDI

İrandan sonra hədəf qardaş ölkədir - Putinin “qara qutusu” ABŞ-ın gizli PLANINI AÇDI

“ABŞ Türkiyəni İran kimi marginallaşdırmaq istəyir”. Publika.az xəbər verir ki, bu barədə Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin
Rusiya  Xameneyinin ailəsini Türkiyəyə göndərdiyi iddiasını ortaya atdı

Rusiya Xameneyinin ailəsini Türkiyəyə göndərdiyi iddiasını ortaya atdı

Orta şərq bölgəsində müttəfiqi İranda baş verən üsyanları yaxından izləməyə davam edən, ancaq rəsmi səviyyədə "gözləmək" taktikası seçən Rusiyanın müstəqil
İran qarışdı: Rədd olsun Ruhani dedilər

İran qarışdı: Rədd olsun Ruhani dedilər

İranın Kirmanşah şəhərində "həyat bahalılığına" etiraz edən nümayişçilərə polis müdaxilə edib. PRESSDAY.az xarici mediaya istinadən bildirir ki, etirazların
Tramp türklərə söz verdi: Bir də olmayacaq

Tramp türklərə söz verdi: Bir də olmayacaq

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Ərdoğanla telefonda danışdığını deyən nazir, dialoqun müsbət keçdiyini söyləyib “Cənab Tramp açıq şəkildə bizə söz
Qərbi Azərbaycanda kürd yaraqlıları ilə qarşıdurmada 8 İran sərhədçisi öldürülüb

Qərbi Azərbaycanda kürd yaraqlıları ilə qarşıdurmada 8 İran sərhədçisi öldürülüb

GünAzTV: İranın Qərbi Azərbaycan əyalətinin Türkiyə sərhədinə yaxın Çaldıran məntəqəsində yaraqlı kürd qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada 8 İran

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ