11 Yan 02:21GÜNDƏM / Köşə

YALTAQLIĞI TƏRGİDƏSİ DEYİLİK, HEÇ OLMASA BU MİLLİ SƏNƏTİMİZİN ADINI DƏYİŞƏK...

YALTAQLIĞI TƏRGİDƏSİ DEYİLİK, HEÇ OLMASA BU MİLLİ SƏNƏTİMİZİN ADINI DƏYİŞƏK...
















X. Ədəboğlu

Ağır dövranlar güçlü adamlar yetişdirir. Güclü adamlar isə xalq üçün yaxşı dövran yaradırlar. Yaxşı dövranlardan isə zəif adamlar doğulurlar. Zəif adamlar isə xalqı ağır dövranlarda yaşamağa məhkum edirlər. Bu təbii bir seçimdir. Amma çoxumuz bu zəif adamların yaltaqlıqdan törədiyini deyir. Deyirlər ki, yaltaqlar çarəsiz və aciz insanabənzər məxluqlardır. Yaxşı ki bizdə belələri yoxdur?!
Ötən yay bir tanışım durmadan məni bir tədbirə dəvət elədi. Axırı bezib iştirak edəcəyimə söz verdim. Özü də bilirdi ki, mənim iclas deyilən toplanışdan zəhləm gedir. Nəhayət gün gəldi və tədbirə getdim. Şablon analoqsuzluqları bir neçə saat dinləməli oldum. Fasilədə tanışım mənə yanaşıb soruşdu: "Tədbir xoşuna gəldimi?" Dedim: "Allah köməyiniz olsun. Birinci dəfədir ki, bu sayda yaltağı bir arada görürəm. Ölüncə tədbirlərə getməsəm də bəsimdi". Deyəsən tanışım incidi, məni heç oğlunun toyuna da çağırmadı"...

Millət bu ağılla Biləcərini keçə bilməz. Düşünmək lazımdı. Allah ağızda dili dustaq edərək 32 gözətçi "qoyub" ki, buradan gərəksiz sözlər çıxmasın. Amma dişimizi çəkdirib elə həngamələr çıxarırıq ki, beləcə dünyada yeni bir "yaltaqşünaslıq" sahəsi də yaratmışıq. Bizim bu sahədə yaratdığımız şedevrlərin əvəzi yoxdu. Artıq bizim bu "milli sərvətimizi" dünyanın bir çox ölkələri yavaş-yavaş tanımağa başlayır. Biz yaltaqlığı tərgidəsi deyilik, gəlin heç olmasa bu sözə bir əl gəzdirək. Ona görə də bu "ifaçılara" verilən YALTAQ adına parlamentdə və yaxud dil komissiyasında yenidən baxılmalıdır. Bir də görürsən cırcırama boyda birisi qalxıb fil boyda birinə YALTAQ deyir. Kişi öz işiylə məşğuldur, amma ölkəmizdə bunca tərəfdarı olan ikinci bir sahə olmasa da biri qalxıb demir ki, gəlin bu "YAL" sözünü bu praformadan çıxaraq. "TAQ" bəs edər. Məsələn, bir də görürsən ki, bir dost zəng vurur: "Mənim paylaşımımı tag elə". Məncə sayğıdəyər başbilənlərimiz bu məsələni parlamentimizin diqqətinə çatdırmalıdırlar. Baxın, bir peşəkar, o birinə deyir ki, "ə bir filan müəllimə taq elə". Bunun nəyi pisdir ki?

Ötən əsrin sonlarında kommunistlər laxşəng olanda bizim kəndlərin birində kolxozçulardan müxalif olanlar yığışıb 30 illik kommunist kolxoz sədrinin əleyhinə döşəyirmişlər. Məclisə öz yaltaqlığı ilə ad çıxarmış birisi gəlir və söz alır. Hamı təəccüblənir ki, hələ abtafanı təhvil verməmiş bu adam nə danışacaq? O, deyir: "Camaat! Mən demişəm, yenə də deyirəm. Qoy lap gedib sədrin qulağına çatsın"...
Bu sözdən sonra natiqə diqqət daha da artır. O, da bunu görüb daha cürətlə davam edir: "Qoy eşidib, lap məni gülələtdirsin. Bizim sədr çox yaxşı və alicənab adamdır"...

Yenə özləri bilərlər. Sadəcə misal var: "İmam üçün ağlayanda, bir az da Yezid üçün ağlayın". Mən də çalışdım ki, öz milli yezidlərimiz üçün ağlayım. Çünki millətin bütün vəbalı bunların boynundadır. Belələri bu dünyada Yezid kimi cəhənnəmi satın alanlardır. Beş -üç gün səfa sürmələrinə niyə paxıllıq edirsiniz?
Elə buna görə də bu yezidlərin hansını dindirirsən, milli paxıllıqdan şikayət edirlər. Dilləriylə, əlləriylə qazandıqlarına yal, özlərinə isə yaltaq deyirlər. Əliniz və diliniz yetsə beləsinə rəhmət oxudan, sanki sizlər deyilsiniz? İnciyən də incisin.
Uzaq başı bu yazını "tag" eləməyəcəklər.
Sözün qısası, "TAQ" eləməyi öyrənin.
Bir filan məmura "Taq" edin baxaq...
Onsuz da biz işğalda oan torpaqlarımızı Lazıma, bu günümüzü və sabahımızı isə İnşallahla Maşallaha əmanət etmiş bir millətik. Ha TAQ olmuş, ha Yaltaq olmuş, nə fərq edər ki?...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ