12 Yan 03:18GÜNDƏM / Köşə

İnformasiyaya sahiblik edənlər, dünyaya hökm edərlər-TƏKRAR

İnformasiyaya sahiblik edənlər, dünyaya hökm edərlər-TƏKRAR

Xaqani Ədəboğlu

(əvvəli ötən saylarda http://fedai.az/index.php?newsid=833 )

Müasir savaş iki cəbhədə aparılır. Öndə bəzən mərmilərin və əsgərlərin deyə bilmədiyini bizlər söyləməliyik. Döyüşən əsgər arxasında informasiya sipərinin olmasını hiss etməlidir. İndiki şəraitdə qlobal informasiya savaşı aparılmalıdır. Bu savaşda münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) izlənilməlidir. Cəmiyyətin şüuruna təsir edən informasiyaların yayılması ən güclü silahdan belə, qorxuludur.
Qlobal informasiya sahəsi 90-cı illərin əvvəllərində yaranıb. CNBC (1989), BBC World News (1991), CNN (1992), Euronews (1993), Blomberg (1994), Əl-cəzirə (1996) və s. kimi qurumların fəaliyyəti örnək ola bilər. Bu gün media orqanları Müdafiə Nazirliyinin verdiyi informasiyalarla kifayətlənir.Bəzi ölkələrdə informasiya müharibələri konsepsiyası barədə bu yazını 2005-ci ildə "Fədai" qəzetində çap etmişdim. Təkrar biliyin anasıdır -deyə yenidən peşəkar olmaq istəyən jurnalistlərimizin diqqətinə çatdırmağı özümə borc bildim. Müharibə zamanı "kolxoz jurnalistikası" ilə məşğul olanlar, müharibədən gizlənib gün keçirənlər, indi əməlli-başlı savaş jurnalistikası mütəxəssisi olublar. Amma bu sahədən bircə hərf bilmədikləri ortadadır.
Bu gün “İnformasiya müharibələri” (İM ) barədə çox danışılır. Amma çox az adam bu nə olduğunu anlayır. Həm də çox az mütəxəssis tapılar ki, “İnformasiya müharibəsi”nin nə vaxt meydana gəlməsi, ondan silah kimi nə vaxtdan istifadə olunması haqqında məlumatı olsun. Belə bir sual yaranır:" İnformasiya müharibəsi nə deməkdir? O hansı üsulla və hansı məqsədlə aparılır? Xakerlərin hücumunu hərbi hücum, əks tədbirləri isə adekvat tədbirlər adlandıraqmı?"
İnformasiyaya sahiblik edənlər, dünyaya hökm edərlər-TƏKRAR
Ilk olaraq ”İnformasiya müharibəsi” termininə Tomas Ron tərəfindən “Silah Sistemi və İnformasiya müharibəsi” hesabatında rast gəlinir. 1976-ci ildə bu hesabat “Boinq” şirkəti üçün hazırlanmışdır. Müəllif qeyd edir ki, informasiya hazırda ABŞ iqtisadiyyatında aparıcı rol oynayır. T.Ronanın hesabatı başlanğıc oldu. Problemin bu cür qoyuluşu “Məxfi sənədlər”lə işləyənlərin ciddi marağına səbəb oldu.1980-ci ildə ABŞ Hərbi Hava Qüvvələri bu faktla ciddi maraqlanmağa başladılar. O vaxtdan rəy yarandı ki,informasiya həm məqsəd, həm də silah ola bilər. “Soyuq müharibədən” sonrakı dövrdə “İnformasiya müharibəsi” termini ABŞ Müdafiə nazirliyinin sənədlərində yer aldı.Bu sahə 1991-ci il “Səhrada tufan” əməliyyatından sonra daha çox diqqət cəlb etdi. Həmin il informasiya texnologioyası hərbi vasitə kimi sınaqdan keçirildi. Həmin termin rəsmi olaraq müdafiə nazirinin 3600 saylı, 21 dekabr 1992-ci il tarixli direktivində işlədildi.
Bir neçə il sonra 1996-ci ildə ABŞ müdafiə nazirliyinin “İdarəetmə sistemləri ilə mübarizə doktrinası” qüvvəyə mindi. Orada “İnformasiya müharibəsi”nin prinsipləri və hərbi sahəyə tətbiq olunması yolları göstərilirdi: “Birgə təhlükəsizlik metodları, hərbi yalan, psixoloji əməliyyatlar, radioelektron müharibə, fiziki dağıntı və obyektlərin məhv edilməsi, informasiya qıtlığı yaratmaqla rəqibin döyüş meydanına nəzarətini zəiflətmək, həmçinin öz qoşunlarının , onlarla birlikdə vuruşan birliklərin müdafiəsinin təşkili bu informasiyaların əsas məqsədi idi”.
Bu sənəddə təşkilatı strukturlar,planlaşma qaydaları, təlim və əməliyyatları idarəetmə öz əksini tapmışdı.
İnformasiyaya sahiblik edənlər, dünyaya hökm edərlər-TƏKRAR















1996-ci ildə Pentaqonun eksperti Robert Banker bir simpoziumda ABŞ Hərbi Qüvvələrinin XXI əsrdə yeni quruculuq və hərbi fəaliyyəti (“Forse-21” konsepsiyası) barədə məruzə etdi. Məruzənin əsasını hərbi əməliyyatlar iki yerə bölünürdü: ənənəvi faza və kiberfaza. Banker yeni “kibermanevr” doktrinasını irəli sürərək, ənənəvi hərbi konsepsiyaların əsasında əks tərəfin, yəni düşmənin silahlı qüvvələrini neytrallaşdırmağın mümkünlüyünü irəli sürürdü. Beləliklə, hərbi əməliyyatlara başlamazdan öncə təkcə torpaq,dəniz,hava və kosmosla kifayətlənməyib oraya infosferanı əlavə edirlər. Hərbi ekspertlərin dediyinə görə , yeni müharibələrdə hədəf kimi əsas informasiya infrastrukturu və düşmənin psixikası əsas götürüləcək. Hətta bu fikri təsdiqləyən termin də meydana çıxıb: “Human network”. Bu gün bank SWIFT kodlarından tutmuş, reklam rolikləri, filmlər, bioloji laborotoriyalar, internet və mobil operatorlarınadək bu mübarizənin subyektləri kimi nəzərdə tutulub.
İnformasiyaya sahiblik edənlər, dünyaya hökm edərlər-TƏKRAR














1998-ci ilin oktyabrında ABŞ MN-nin “İnformasiya əməliyyatlarının birgə doktrinası” qüvvəyə minib. Öncə bu qanun “İnformasiya müharibəsinin birgə doktrinası” adlanırdı. Buna səbəb şüurlarda informasiya əməliyyatı və informasiya müharibəsinin müxtəlif cür səslənməsi idi. Həm də informasiya əməliyyatı verilişin hazırlanması, saxlanması və düşmən tərəfindən ötürülməsini əngəlləməyə deyilir.
İnformasiya müharibəsi isə-qarşı tərəfin dövlət və hərbi-siyasi dairələrinə, həmçinin hərbi-siyasi rəhbərliyin qərar qəbul etməsinə təsir göstərmək, qərarların qəbulunda informasiya üstünlüyü əldə etmək, münaqişə zamanı düşmənin idarəetmə infrastrukturunun fəaliyyətini iflic etmək məqsədi daşıyır.
(ardı var)
Альпийская горка на даче своими руками с камнями. фото http://stroymix-v.ru/poleznye-sovety/111-idej-stilnyh-domashnih-ofisov-foto.html
С чего начинать строительные работы кухни собственными руками, чтобы ремонтные работы получились очень хорошо, без промедлений, а конечный результат радовал всех домочадцев - пошаговая инструкция по очередности ремонта на нашем специализированном сайте.

Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ