.

“Azərbaycan ordusu rus ordusundan daha güclüdür...” – RUSİYALI EKSPERT

13 yan 2018
“Azərbaycan ordusu rus ordusundan daha güclüdür...” – RUSİYALI EKSPERT
“Azərbaycan aprel döyüşlərində dayanmasaydı…”

Aprel döyüşləri Ermənistan ordusunun silahlanma və döyüş hazırlığı sahəsində ciddi qüsurlarının olduğunu ortaya çıxardı.
Muxalifet.az-ın məlumatına görə, bu barədə Ermənistanın 1in.am portalına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felqenqauer bildirib.
“Əgər Azərbaycan dayanmasaydı hadisələrin nə cür inkişaf edəcəyi gözlənilməz idi”,- deyə rus hərbi ekspert vurğulayıb.
Onun sözlərinə görə, aprel döyüşləri Ermənistan ordusunun ciddi şəkildə geri qaldığını ortaya çıxardı:
“Necə deyərlər, bu sizin günahınız yox, bədbəxtliyinizdir. Döyüşü aparmaq üçün çağdaş vasitələr lazımdır ki, onlardan bir xeylisi Azərbaycanda var. Azərbaycanda, məsələn, zərbə pilotsuz uçan aparatlar (PUA) var ki, aprel döyüşlərində erməni zirehli maşınlarını və texnikasını bununla vurdular. İrəvanın bu cür PUA-ları yoxdur. Hətta Rusiyada da yoxdur. Azərbaycan bir çox məsələlərdə Rusiyadan qabağa gedib, çünki israillilər Azərbaycana texnika satırlar, Rusiyaya yox”.
Ekspert bildirib ki, Rusiyanın hələ bu cür PUA-lar istehsal etmək imkanı yoxdur:
“Deyirlər ki, “biz, demək olar ki, düzəltmişik”, amma “demək olar ki” ilə “düzəltmişik” fərqli məsələlərdir. Bizdə zərbə PUA-ları üzərində hələ işləyirlər. İrəvanda bunlar, ümumiyyətlə, yoxdur. Ermənistanda sovet zirehli texnikasıdır, Azərbaycanda isə İsrailin modernləşdirdiyi zirehli texnikadır. Müharibə zamanı bu amillər özünü göstərir. Azərbaycan ordusunun bir sıra hərbi-texniki üstünlüyü olduğu kimi qalır”,- deyə Pavel Felqenqauer vurğulayıb.

muxalifet.az[/b]

“Azərbaycan ordusu rus ordusundan daha güclüdür...” – RUSİYALI EKSPERT

408

ЕЩЕ НА ЭТУ ТЕМУ:

DONUZUN DARIDAN ÇIXARILMASI YOLUNU MƏRMİLƏR BİLİR

DONUZUN DARIDAN ÇIXARILMASI YOLUNU MƏRMİLƏR BİLİR

Bizim saytlar tez-tez heç bir mənbəyə əsaslanmadan 5 rayonun qaytarılacağı barədə əsassız məlumatlar yayırlar. Amma erməni pisliklərini yaxşı tanıdığımıza görə
Ermənilərin Lələ Təpəni yenidən almaq cəhdi

Ermənilərin Lələ Təpəni yenidən almaq cəhdi

Bu yüksəklik uğrunda 400-dən çox erməni əsgəri həlak olub Xocalı cəlladlarından biri, Ermənistan ordusunun Baş Qərərgah rəisi Movses Akopyan iddia edib ki,
Qarabağda Ermənistanı yerlə yeksan edəcək “İLDIRIMSÜRƏTLİ HÜCUM” PLANI

Qarabağda Ermənistanı yerlə yeksan edəcək “İLDIRIMSÜRƏTLİ HÜCUM” PLANI

Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin gündəmə gəlməsi haqda qorxular yaranıb. Hazırda İrəvanda hakimiyyət uğrunda prezident Serj
ERMƏNİLƏRİN RUSİYAYA XƏYANƏTİ BAŞ TUTACAQMI?

ERMƏNİLƏRİN RUSİYAYA XƏYANƏTİ BAŞ TUTACAQMI?

Ermənistanın siyasi gülməcələri davam edir. Bu dəfə Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Место встречи”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı
Vaxt Azərbaycanın xeyrinə işləyir - İrəvan üçün qeyd - ÖZƏL

Vaxt Azərbaycanın xeyrinə işləyir - İrəvan üçün qeyd - ÖZƏL

Mixail Magid Publisist, Yaxın Şərq üzrə mütəxəssis Hərbi nöqteyi nəzərdən Azərbaycan düzgün siyasət yürüdür. Media və KİV-də Rusiyanın t-90 tanklarının və

Есть мнение!

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
BİZ SOSIAL ŞƏBƏKƏLƏRDƏ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
POPULYAR
ВХОД НА САЙТ