13 Yan 02:42GÜNDƏM / VETERAN

MİLLİ QƏHRƏMANIN ANIM GÜNÜDÜR

MİLLİ QƏHRƏMANIN  ANIM GÜNÜDÜR
Bu gün Milli Qəhrəman İsrafil Şahverdiyevin anım günüdür.Qəhrəmanımızın sonuncu döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur.

İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci il iyunun 11-də Laçın rayonu Unannovu kəndində anadan olub. O, milis (polis) zabiti kimi Qarabağ müharibəsində fəal iştirak edib, onun bacarığı nəticəsində erməni casusları zərərsizləşdirilib, Salatın Əsgərovanın qatillərinin ələ keçirilməsində müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi rota 1992-ci ilin sentyabrında Hocaz yüksəkliyi və Hocaz kəndi uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərib1994-cü il yanvarın 6-da Füzuli rayonunun kəndlərini azad etmək üçün Şahverdiyev İsrafil Şahverdi oğlu öz bölüyu ilə döyüşə girir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilir. Cəsur komandirin son döyüşü 1994-cü il yanvarın 13-də oldu. Bir neçə istiqamətdən hücuma keçən bölükdən ölən və yaralananlar var idi. Döyüşçü yoldaşlarını xilas edən Şahverdiyev İsrafil Şahverdi oğluna qarşı tərəfdən atılan güllə həyatına son qoyur.
. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Laçın rayonu orta məktəblərindən biri onun adını daşıyır.

Azərbaycan Resbublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.


MİLLİ QƏHRƏMANIN  ANIM GÜNÜDÜR
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ