AVMVİB Səbail rayon şöbəsində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilb

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon şöbəsində 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir 20 yanvar faciəsində həlak olan şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükut ilə yad edilməsi ilə başlamışdır.

Tədbiri giriş sözü ilə açan AVMVİB Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə 20 yanvar şəhidlərinin Azərbaycanın müstəqillik tarixindəki şərəfli rolundan bəhs edərək çıxışında qeyd etmişdir ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanın azadlıq mübarizəsinin dönüş nöqtəsi olmaqla yanaşı, milli birliyimizin və müstəqillik əzminin təzahürü kimi tarixə həkk olunmuşdur.

Tədbirdə çıxış edən digər iştirakçılar, o cümlədən AVMVİB Səbail şöbəsinin fəalları 20 Yanvar şəhidlərinin qəhrəmanlığına dair fikirlərini bölüşmüş, onların gələcək nəsillər üçün əbədi örnək olduğunu vurğulamışlar. Həmçinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.

Tədbir, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə ehtiram ifadə edən qürur dolu bir atmosferdə başa çatmışdır.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-01-18-at-14-58-55-1

Whats-App-Image-2025-01-18-at-14-58-56

Bu xəbəri paylaşın: