“Facebook” və “Messenger” haker hücumuna məruz qalıb

“Facebook” və “Messenger”in rəsmi “Twitter” və “İnstagram” hesabları haker hücumuna məruz qalıb.

“Haber Global”ın məlumatına görə, hesabları ələ keçirən haker qrupu məqsədlərinin kibertəhlükəsizlik vəziyyətini göstərmək olduğu açıqlamasını verib.

“OurMine” adlı haker qrupu paylaşımında “Facebook”un da hücuma məruz qala biləcəyini deyib.

Artıq sosial media nəhənglərinin hesabları hakerlərdən geri alınıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •