Qarabağda erməni-rus təxribatları davam edir

Qarabağda rus-erməni sülh qarğalarının özbaşınalığı davam edir. Tarixən və dini baxımdan ermənilərə heç bir dəxli olmayan Arzu Xatun, yaxud Qızıl Vəng, yaxud da Xudavəng alban monastrı təcili erməni-ruslardan azad edilməlidir. Bu məbəd Azərbaycanın mədəni abidəsidir və inzibati olaraq Kəlbəcər ərazisində yerləşir.

Erməni saytı Panoram.az: «Keşiş Vaqram: Bu keşişlər Dadivankı azərbaycanlıların əhatəsində qoruyurlar» adlı məlumatda bildirir: «Müqəddəs Eçmiədzin kilsəsi mətbuat xidmətinin rəhbəri Vaqram yazır: “Bu keşişlər, rus sülhməramlılarının dəstəyi ilə azərbaycanlıların əhatəsində olan Dadivankı müdafiə edirlər.

Qardaşlar, dualarınız qəbul olsun. Xalqımız deyəsən başqa məsələlərlə məşğuldur.»

Ermənilər bu məbədi ilk gün tərk etdiklərini və onları geriyə rusların qaytardığını da unutmamanız lazımdır. Kəlbəcərin Vəng kəndindəki IX əsrə aid Xudavəng Alban monastrının yaxınlığında Rusiya sülhməramlılarının  Ermənistan vətəndaşı terrora açıq çağırış edən və 90-cı illərdə soyqırım aktlarının iştirakçısı olan, «silahlanmış keşiş» Ovanesin xahişi ilə qurduğu postu hələ də saxlaması başa düşülən deyil. 

Yəni donuzdan post, rusdan dost olmaz. Niyə bu rus-erməni hərbi-«keşiş» postunu Kəlbəcər ərazisində ləğv etmirik? Bəs Kəlbəcəri murdar düşməndən azad etmişdik?

Rus vəhşiliklərinin gözümüz qarşısında erməni nadanlığı və xəstə təxəyyülü ilə birləşməsinə son qoymalıyıq.

İVAN İDİ, DOMOY!

Elnur Səlim

Bu xəbəri paylaşın: