TƏBRİK: Vahid Abdurəhmanovun — 53

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanovun 53 yaşı tamam olur.


Vahid Abdurəhmanov qəlbi Vətən torpaqlarının azadlığı üçün döyünən veteranlarımızdandı. 44 günlük Vətən müharibəsi gülərində Birliyin və rayon şöbələrinin cəbhəylə kordinasiya edilməsi üçün gecəli-gündüzlü çalışdı.


Səngərdəki əsgərlərimizlə birgə oldu. Bu gün Zəfər müjdəli bir ilin 53-cü baharını yaşamaq bir özgə duyğudur. Tarixin üzərimizə atdığı ləkə olmadan ad gününü könül xoşluğu ilə qeyd edən Vahid Abdurəhmanovun cəbhə sonrası həyatı əsasən AVMVİB — nin fəaliyyətiylə bağlı olub. İstər fərdi, istərsə də təşkilat daxili problemlərin həllində daim öndə olub.


AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, həm də birliyin inkişafında xidmətləri olan veteranlarımızdandır. Bir çox hərbi-vətənpərvərlik layihəsinin həyata keçirilməsinə rəhbərlik edib. Yorulmadan AVMVİB-nin perespektiv inkişafı uğrunda çalışmaqdadır. Bu gün cəbhədən geri dönmüş döyüşçü gənclərimizin ictimai həyata adaptasiya olunması üçün çalışmaqdadır. Hətta dövlətdən əmək haqqı alan və bu məqsədlə yaradılan komissiya üzvləri və sədri belə onun etdiklərinin yüzdə birini etməyib. Çünki bu sosial problemin ciddiyyətindən müharibədə heç uzaq qohumu belə iştirak etməyənlərin xəbərləri yoxdur və olması da mümkün deyildir.


Təşkilatın mətbu orqanlarının yaranmasında maddi və mənəvi dəstək olmaqla yanaşı, həm də Vahid Abdurəhmanov ən fəal oxucumuzdur. Saytın materiallarını ilk oxuyan oxucumuz da, məhz Hacı Vahid olduğunu dəfələrlə yazmışıq. Daim jurnalistlərlə əlaqəli fəaliyyətə üstünlük verdiyini də hər kəs bilir. Elə ona gör də saytımızın 2020-ci il üçün yaxın bildiyi Vahid Abdurəhmanovu Diplomla mükafatlandırıb.

Ötən il təbrikimizdə təbrikimiz bu sözlərlə yekunlaşmışdı: «Tezliklə Qarabağın azad edilmiş ərazilərində və rayonlarında təşkilatlanma işlərinə başlamağınızı arzu edirik.


Arzu edirik ki, məhz bu azad edilmiş rayonlarda yerli şöbələrimizin yer problemləri ilə məşğul olasınız».


Ötən il etdiyimiz arzular çin oldu. Bu il üçün arzumuz, Qarabağ şöbələrimizin Xankəndində zona müşavirəsini keçirmək və bir də ən çox istəyində olduğun bir istəyinin çin olması olsun. Allah arzularına qovuşdursun, Hacı.


Ad günün mübarək, Hacı Vahid!


Bütün gözəlliklər sənin olsun!


100 YAŞA, VAHİD BƏY!


AVMVİB RƏHBƏRLİYİ, FEDAİ.AZ VƏ VETERAN.AZ KOLLEKTİVİ

Bu xəbəri paylaşın:
  • 145
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •