«Rus dili, əxlaqsız təklif, uzun iş saatları» Azərbaycanda gənclər niyə iş tapa bilmir?

  • Günel Səfərova
  • BBC News Azərbaycanca

Video açılmırsa, YouTube-dan izləyin.

Azərbaycan əhalisinin təxminən 23 faizi gəncdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 15-29 yaşlı gənclərin 56 faizi işləyir.

BBC-ə danışan bir çox gənc ixtisasına və bacarıqlarına uyğun iş tapmamaqdan şikayət edir.

4 ildir işsiz olan Şövkət Akaydın deyir ki, dövlət idarələrində işləmək üçün imtahanlardan keçməyə çalışır, amma təklif edilən maaş qənaətbəxş deyil.

«Zəhməti çox, maaçı çox azdır. Ən normal maaş verilən yer 350 manatdır. Mən gecə-gündüz elə ağır işlərdə 350 manata işləməyi özümə uyğun bilmirəm», — o deyir.

İbitadi sinif müəlliməliyi üzrə təhsil almış Mədinə Mirzəyeva müəllimliyə qəbul imtahanlarında keçid balı toplasa da, 3 ildir ixtisasına uyğun iş tapmayıb. O, bu hala təəccüb edir.

«Psixoloji olaraq o sahədə artıq özünə güvənməməyə də başlayırsan, düşünürsən ki, görəsən problem səndədir, yoxsa təhsil sistemində?!»- o deyir.

Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almış Zeynalabdin Nağısoy, öz ixtisası üzrə işləməyib.

O, son 6 aya yaxındır ki, Bakıda iş axtarır. Bir sıra iş yerlərinə CV göndərsə də, geri dönüşün az olduğunu deyir.

«Azərbaycanda ən çox Rus dili istənilir. Bu mənə məntiqsiz gəlir. Rus dilinə qarşı deyiləm, bu dili sevirəm, öyənmək istəyirəm, amma iş şəraitində bu qədər Rus dili mühitinin olması Azərbaycanda düzgün deyil. Bir rusdilli ölkədən çox da fərqi yoxdur buranın»,- o deyir.

Tibb bacısı Səbinə Paşayeva isə iş yerlərindəki əmək istismarı, uzun iş saatları və qanunsuzluqlardan narahatdır.

«Dövlət xəstəxanalarından başqa özəl yerlərdə saatlar artıqdır, məsələn, axırıncı iş yerində, klinikada axşam saat 6-da gedib, səhər saat 9-da çıxmışam və 35 manata (günü -Red). Düşünün 35 manata mən intensivdə ağır bir xəsəyə baxırdım»,- o deyir.

Azərbaycanda işsiz gəncləri birləşdirən nədir? Videomuzu izləyin.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •