AVMVİB-də yeni təyinat

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLAR İCTİMAİ  BİRLİYİ (AVMVİB) QƏBƏLƏ RAYON ŞOBƏSİNƏ YENİ SƏDR TƏYİN OLUNDU.  

Müharibə veteranı, ehtiyatda olan polkovnik — leytenant  Qaçayev Rafiq Zinhar oğlu Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin əmriylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qəbələ rayon şöbəsiə sədr təyin edildi.

AVMVİB sədri Füzuli Rzaquliyev Rafiq Zinhar oğlu Qaçayevi təbrik edərək, gələcək fəaliyyətində, xüsusən Qəbələ rayonunda müharibə veteranlarının ictimai fəaliyyətinin təşkilində öz bilik və bacarığından istifadə edəcək. Rayon şöbəsinin fəaliyyətinin dirçəlməsinə öz töhfəsini verəcək.

Mərasimdə Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavinləri Vahid Abdurəhmanov, Salman Musayev, NTK sədri Niyazi Quliyev və Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğlu iştirak ediblər.

Rafiq Qaçayev göstərilən etimada görə AVMVİB sədri Füzuli Rzaquliyevə və AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildirib və öz işiylə bu etimadı doğrultmağa çalışacağını qeyd edib.

Polkovnik —  leytenant  Qaçayev Rafiq Zinhar oğlu  1961 — ci ilın iyul ayının  26 — da  Azərbaycan Respublikasının Qəbələ rayonun  Vəndam kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.

Polkovnik-leytenant   Qaçayev Rafiq Zinhar oğlu  1978 — ci ildə  Qəbələ rayonunun Vəndam  kənd  1 nömrəli  tam orta məktəbini,  1980 — ci ildə Bakı şəhər  84 nömrəli  Texniki peşə məktəbini,  1990 — cı ildə  SSRİ Daxili İşlər Nazirliyinin Omsk  Ali Milis  (polis) məktəbini bitirib. O, Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında  və Daxili İşlər Orqanlarında  xidmət etdiyi illər ərzində , Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında keçirilən bir çox metodiki — təlim toplanışlarda, xüsusi  — taktiki təlimlərdə , Komando —  qərargah  məşqlərində,  müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

    1980 -1982 — ci illərdə Sovet Ordusunun Pskov vilayətində yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə  olub. 1983 — 1984 — cü illərdə Rusiya Sovet Federativ Sosialist Respublikasının  Kemerov vilayətində Şaxtada müxtəlif vəzifələrdə xidmət olub.

     1984- 1986 — cı və  1990 -.1991 -ci  illərdə SSRİ Daxili İşlər Nazirliyinin   Kemerov vilayətin Osink rayon milis ( polis)  şöbəsində polis nəfəri, əməliyyat müvəkkili, cinayət- axtarış  bölməsinin rəisi vəzifəsində çalışıb.

      1992 — 1996 — cı illərdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyin Daxili Qoşunların Baş İdarəsində  Əməliyyat —  Axtarış bölməsinin rəisi,  Döyüş Hazırlığı İdarəsinin baş zabiti, 1997 -2017-ci illərdə  Daxili İşlər Nazirliyinin Baş İctimai təhlükəsizlik idarəsində  inspektor,  baş inspektor, şöbə rəisinin müavini  və şöbə rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa  sədaqətlə  xidmət edib.

      Rafiq Qaçyev  Daxili İşlər Nazirliyindən  təqaüdə çıxdıqdan  sonra  2018 — ci ildən    etibarən  Azərbaycan  Respublikasının  Qəbələ rayon  polis şöbəsində  katibliyin rəisi vəzifəsində işləyir.

        Azərbaycanın Ərazi bütövlüyü uğrunda (Ağdam,  Ağdərə,  Füzuli və Cəbrayılı rayonları istiqamətində) gedən döyüşlərdə  iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

      Polkovnik leytenant  Rafiq Qaçayev  Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində,  o cümlədən əməliyyat şəraitinin təhlili, idarəçilik mexanizminin təkmilləşdirilməsi, kompleks tədbirlərin hazırlanması və digər sahələrdə üzərinə düsən məsul vəzifələri hər zaman layiqincə yerinə yetirmişdir,  bu illərdə  bir çox əməkdaşın yetişməsində  xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxandan sonra  da  şəxsi heyətin  hərbi — vətənpərvərlik  tərbiyəsində  və peşəkarlığın   artırılmasında  yüksək səviyyədə   bir çox işlər görür.Polis vetiranı kimi Daxili İşlər orqanlarının  ictimai həyatında yaxından iştirak edərək,  zəngin  həyat və xidməti təcrübəsini  daimi  gənclərlə bölüşur.

    O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində  və Baş İctimai təhlükəsizlik idarəsində xidmət etdiyi illər ərzində  öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi və Polis Andın, Daxili İşlər Nazirliyinin post  — patrul, Daxili Qoşunların  Döyüş xidməti nizamnamələrin tələblərinin  əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümunə olmuşdur.

     Polkovnik leytenant  Rafiq  Zinhar oğlu  Qaçayevin  hərbi və polis yoldaşları onu vətənpərvər, cəsarətli,  qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də   xidmət etdiyi və işlədiyi kollektivlərdə, qohum-əqrəba, dost —  tanış arasında  özünə layiq hörmət qazanıb .

      Xidməti vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə  SSRİ  və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin və  onların müavinlərinin,  Daxili Qoşunlar Komandanın,  Ali  Mils məktəb rəisinin,   İdarə və şöbə rəislərinin, eləcədə “Azərbaycan Vətən Müharibəsi Veteranlar” İctimai Birliyinin sədrinin  müvafiq əmrləri ilə  » əla xidmətlərə görə » döş və yubiley  nişanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında ,  respublikada  əmin —  amanlığın  təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini  yerinə yetirərkən  fəriqləndiyinə görə    aşağıdakı medalarla təltif edilib:

-» Azərbaycan Polisinin 90 illiyi  ( 1918 — 2008) » yubiley medalı ilə;

— «Azərbaycan  Polisinin   95 illiyi  ( 1918 — 2013) » yubiley medalı ilə;

— «Polis Veteranı» medalı ilə;

-» Daxili işlər orqanlarında Qüsursuz xidmətlərə görə» 3 dərəcəli medal ilə;

-» Daxili işlər orqanlarında Qüsursuz xidmətlərə görə»  2-ci dərəcəli  medal ilə;

— » Daxili işlər orqanlarında  Qüsursuz xidmətlərə görə»  1-ci dərəcəli  medal ilə;

-“Böyük Zəfər” Medalı ilə;

-“Müharibə Veteran” Medalı ilə;

-“Sillahlı Qüvvələrin Yaranmasının 100 illiyi ” (1918-2018) medalı ilə

-“Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin 25 illiyi” (1994-2019) medalı ilə

Təyinat münasibətiylə Rafiq Qaçayevi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: