Ceyhun Bayramov: «Müəllimlər başqaları üçün bir nümunə olmalıdırlar»

Müasir dövrün çağırışlarına uyğun olaraq, təhsil sisteminin qarşısında duran çağırışlar da dəyişməkdədir. Müəllimlərimiz, xüsusiilə gənc müəllimlərimiz bu çağırışlara hazır olmalıdırlar.

Fedai.az xəbər verir ki, bunu Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birinci forumunda çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, müəllimlər bu çağırışlara hazır olmaq üçün təşəbbüskar olmalı, daim öz üzərlərində çalışmalıdırlar.

Nazir əlavə edib ki, müəllimlər özləri milli-mənəvi dəyərlərə sahib olmalı və özləri başqaları üçün bir nümunə olmalıdırlar: «İnsanın şəxsiyyət kimi formalaşmasında müəllimin böyük əməyi var. Bu baxımdan dövlət müəllimlərə böyük qayğı ilə yanaşır.

Azərbaycan müəllimləri hər zaman üzərlərinə düşən missiyasını yerinə yetirirlər, onlar öz həyatlarını gənclərin vətənpərvər ruhda böyüməsinə həsr edirlər».

Təhsilin inkişafı sahəsində ciddi uğurlara nail olduqlarını deyən nazir orta məktəblərdə artıq vakant müəllim yerlərinin 100 faiz tutulduğuni söyləyib.

C. Bayramov bildirib ki, 2019-cu ildə 500-dən yüksək bal toplayan hər 4 nəfər abituriyentdən biri müəllimlik peşəsini seçib.(trend)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •