Bizim olub olmayan ŞUŞA

«Şuşa baş tacımızdır»-deyirlər. Belə çıxır ki, tacı vermişiksə, deməli başımız yoxdur. Düşmən Şuşanı özününküləşdirir. Biz Lazımı gözləməkdəyik…

Düşmən Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələrini dağıdıb və talan edib. Bu sıraya məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini,  tarixi və mədəni abidə daxildir. Eyni zamanda Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu  və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib. Dağıdılan tarixi məkanlar arasında  Xurşidbanu  Natəvanın, Ə. Haqverdiyevin, Q. Zakirin, M.M. Nəvvabın, S.S. Axundovun, N. Vəzirovun, Y.V. Çəmənzəminlinin,  Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri və daha neçə-neçə digər abidə var.

Haykanuş sizi gözləyir…

Açıqlamada bildirilir ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib: “Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib.

Lakin bu qətnamələri heçə sayan ermənilər bu gün vəchlə Şuşada yerləşməyə çalışmaqdadırlar. Şuşanı erməni şəhəri kimi təqdim edir və yenidən Qarabağın paytaxtı elan etməyi düşünürlər. Pənah xan bölgəyə erməni ustaları gətirəndə yerli xalq bu iyrənc məxluqların şəhərdə qalmasına etiraz etdiyinə görə, Xankəndində at tövlələrinin yaxınlığında onlara qalmaq üçün yer ayırmışdı.

Bu gün isə Pənah xanın sümüklərini sızlada-sızlada Şuşa erməni işğalı altındadı. Allah Hürzadlara, Haykanuşlara lənət eləsin…

Şuşadakı qanunsuz məskunlaşmanı sizlərə təqdim edirik.

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: