Yapon uzun ömürlülüyünün sirri 

Dünyada orta yaş həddinin ən yüksək olduğu Yaponiyanın Okinava adasında uzun ömürlüyün sirri tapıldı. Okinavada yerləşən Ryuku universitetindən Şinkiçi Tavada və komandası 20 il davam edən axtarışı sonunda bəhrəsini verdi. Adadakı uzun ömrün sirrinin zəncəfil ailəsindən olan yerli Getto bitkisinin olduğu aşkarlandı. Tavada laboratoriyada bitkidən əldə etdiyi iksiri ömrü 1 ay olan soxulcanda təcrübədən keçirdi. Soxulcanları iki qrupa ayıran alimlər getto maddəsi alan heyvanların yaşama müddətinin 22,6 faiz artdığını sübut etdilər. Bu bitkinin üzümdə də tapılan antioksidan resveratrol maddəsinə sahib olduğunu təsdiqləyən Tavada yerli Okinavaların qış aylarında getto yarpaqları ilə düyü yediklərini, bu yolla qripə daha az yoluxduqlarını, xəstəliklərə qarşı daha dayanıqlı və güclü olduqlarını bildirdi. 1,2 milyon əhalisi olan adada orta insan ömrü 81,2 ildir. Dünya miqyasında bu rəqəm 70 ildir. Tayvana doğru uzanan Yapon adalarından ən böyüyü olan Okinavada orta insan ömrü Yaponiyaya görə daha çox uzundur, həm də ölkədəki 100 yaşını aşan insanların əksəri bu adada yaşayır. Adada yaşayan 427 adamın yaşının 100-ü keçdiyi aşkarlanıb.


Bitkinin əsas sirri ürəkdə yaranan yavaşımanı durdurmasıdır. Həmçinin hüceyrələrin enerji mənbəyi olan mitoxondriyadakı aktivliyi artıraraq hüceyrənin yenilənməsinə stimul verir. Damar tutulmasını 75 faiz azaldır. Ölkəmizdə bu maddənin istidafə imkanlarını gələcək yazılarımızda diqqətinizə çatdıracıq.

yapon uzun ömürlülüyünün sirri

Tərcümə etdi: Muşviq 

Bu xəbəri paylaşın: