Səib Yürüşləri ideologiyasının əsirində olan ABŞ Konqresinə — AŞIQ MƏKTUB

ABŞ Konqresində Şirürəkli  Riçardın  Kölgəsi – yeni Səlib Yürüşü?

2025-ci ilin aprelində ABŞ Nümayəndələr Palatasında Respublikaçı konqresmen Anna Paulina Luna tərəfindən H.R.2863 nömrəli CRUSADE Act qanun layihəsi təqdim edildi. Sənəd Xarici Əlaqələr Komitəsinə göndərilib.

Layihənin adında  diqqət çəkən məqamlar var. “Crusade” — “səlib yürüşü” deməkdir və orta əsrlərdə xristian Avropasının Şərqə, o cümlədən müsəlman torpaqlarına hərbi yürüşlərini xatırladır. Bəzi xristianpərəst şərhçilərin fikrincə Layihə ABŞ-ın xarici ölkələrə verdiyi silahların xristian dini obyektlərinə və xristian mülki şəxslərə qarşı istifadəsinin qarşısını almağı nəzərdə tutur.

Lakin hüquqi məzmun ilə tarixi assosiasiyanı ayırmağa cəhd etsək də H.R.2863 nömrəli qanunun İslam və Türk  dünyasına, Şərqə qarşı müharibə elan etdiyinin şahidi oluruq. 100-dən çox konqresmendən ibarət bir qrupun (yeni Səlibçilər) birgə müraciətlərini Amerika jurnalistikası qanunvericilər tərəfindən müəyyən “dəyərləri” və ya qətnamələri irəli sürmək üçün əlaqələndirilmiş və genişmiqyaslı kampaniyalar adı altında gizləndiyini qeyd edirlər.

Ədaləti — hristian həmrəyliyi ilə  əvəz edəndə

ABŞ Konqresi və Nümayəndələr Palatasının “Səib Yürüşlü” hristiyan həmrəyləyinə dair  bir neçə misal:

1.ABŞ-da Türklərə qarşı nifrət, qərəz, düşmənçilik hissi yaşayan və erməni xalqında əsassız qorxu hissi yaradan  erməni lobbisi və onların parası ilə satın alınmış ABŞ konqresmenləri tərəfindən uydurma “erməni soyqırımının” tanınması ilə bağlı  çoxillik siyasi, əsassız təxribatçı «səlib yürüşü» kampaniyasından sonra 2019-2021-ci illərdə ABŞ höküməti tərəfindən tanınması buna əyani nümunədir.

Erməni iddiaları ilə bağlı «soyqırım» məsələsi siyasi ritorika mövzusu deyil, sırf hüquqi məsələdir. Buna baxmayaraq, ABŞ hökuməti onu tanımaqla Beynəlxalq Hüququ kobud şəkildə ayaqlar altına atdı.

Beynəlxalq hüquqa görə, soyqırım cinayətinin olub-olmadığını yalnız səlahiyyətli məhkəmə – Beynəlxalq Ədalət Məhkəməsi müəyyən edə bilər. Nə ABŞ Konqresi, nə də ABŞ Prezidenti belə bir hüquqi səlahiyyətə malik deyil. Onların verdiyi qərar hüquqi deyil, siyasi bəyanatdır.

1948-ci il Soyqırım Konvensiyası açıq şəkildə göstərir: soyqırım ittihamı yalnız məhkəmə qərarı ilə təsdiqlənə bilər. Tarixi arxivlərə baxmadan, məhkəmə araşdırması aparmadan, qarşı tərəfin arqumentlərini dinləmədən «tanıdım» demək hüququn bütün prinsiplərinə ziddir.

ABŞ bu addımı ilə ikiüzlülüyünü bir daha göstərdi. Beynəlxalq hüquqdan dəm vuran, dünyaya hüquq dərsi keçməyə çalışan Vaşinqton, öz siyasi maraqları üçün həmin hüququ bir kənara atdı.

Bu tanıma erməni lobbisinin rüşvəti ilə verilən siyasi qərardır, tarixi həqiqətə verilən qiymət deyil. Və bu, beynəlxalq hüququn nüfuzuna vurulan ən ağır zərbələrdən biridir.

2. ABŞ Konqresinin 100-dən çox üzvü — 26 senator və Nümayəndələr Palatasının 75 üzvü — Dövlət katibi Marko Rubionu Amerikanın Azərbaycana hərbi dəstəyini dayandırmağa çağırıb. Müraciətlərində onlar erməni əsirlərini, erməni mədəni irsinin vəziyyətini və Ermənistanın bəzi yerlərində Azərbaycan qoşunlarının mövcudluğunu qeyd ediblər.

Bu bəyanatlar ciddi müzakirəyə layiqdir. Amma əvvəlcə fundamental bir sual ortaya çıxır:

Niyə Amerika qanunvericiləri Azərbaycandan konkret siyasi güzəştlər tələb edir, müharibə, ərazi bütövlüyü və məhkəmə prosesləri ilə bağlı son dərəcə mürəkkəb məsələlərə müdaxilə edir, halbuki münaqişənin Azərbaycan qurbanlarının taleyi, 4 minə yaxın itkin düşənlərin taleyi, dağıdılmış mili mədəni irsin taleyi  onilliklərdir beynəlxalq diqqətdən kənarda qalır? Əvvəllər belə prinsipial dürüstlük harada idi?

Bu gün Amerika siyasətçiləri separatçı, hərbi cinayətkar və on minlərlə insanın ölümünə səbəb olan erməni faşistlərini, «girovlar» adlandırırlar. Azərbaycan tərəfi Beynəlxalq Hüquqa istinad edərək bu şəxsləri siyasi məhbus kimi deyil, müharibə cinayətləri və ağır cinayətlərdə ittiham olunan şəxslər kimi görür. Bu, fundamental fərqdir.

Əgər bir şəxs müharibə cinayətlərində, insanlığa qarşı cinayətlərdə və ya digər ağır cinayətlərdə ittiham olunursa, onun taleyi xarici qanunvericilərin siyasi yazıları ilə deyil, dəlillər və məhkəmə tərəfindən müəyyən edilməlidir.

Təsəvvür edin ki, İkinci Dünya Müharibəsindən sonra Amerika siyasətçiləri müttəfiqlərdən nasist generallarının «siyasi məhbus» olduqlarını iddia edərək onları azad etmələrini tələb edirlər. Hesab edirik Ki, dünya heç vaxt belə bir yanaşmanı qəbul etməzdi. Çünki Nürnberq məhkəməsi fundamental bir prinsipi müəyyən etdi: hərbi və siyasi liderlər sadəcə müəyyən bir siyasi qüvvə və ya milli icma tərəfindən dəstəkləndikləri üçün avtomatik olaraq məsuliyyətdən azad edilə bilməzlər. Məhz buna görə də bu gün sual yaranır: Qarabağ münaqişəsinin faşist hərbi cinayətkarlarına fərqli siyasi standartın tətbiqi niyə təklif olunur?

Müharibə qurbanlarının milliyəti olmamalıdır. Azərbaycan həmçinin kütləvi zorakılıq, mülki şəxslərin ölümü, əhalinin didərgin salınması və yaşayış məntəqələrinin dağıdılması ilə üzləşib. Ən məşhur epizodlardan biri Xocalı faciəsi olub. Yüzlərlə Azərbaycan mülki sakini öldürülüb, minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onilliklər ərzində yüz minlərlə Azərbaycanlı öz evlərinə qayıda bilməyib.

Lakin bu gün Amerika qanunvericiləri münaqişədə tərəflərdən birinə xüsusi münasibət tələb etdikdə, məntiqi bir sual yaranır: niyə insan faciəsi milliyyətə görə qiymətləndirilməlidir? Əgər Amerika Birləşmiş Ştatları həqiqətən də universal insan hüquqları prinsipinə sadiqdirsə, bu prinsip Azərbaycan qurbanlarına da şamil edilməlidir. Vaşinqtondan belə açıqlamalar eşitmək xüsusilə qəribədir.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanğıcından bəri ABŞ dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin vacibliyini daim vurğulayıb. Və bu, etibarlı bir prinsipdir. Lakin bu, universal olmalıdır. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməli olduğunu iddia edib, sonra isə Azərbaycan ərazisinə gəldikdə eyni prinsipi görməzdən gəlmək mümkün deyil. Dünyanın bir bölgəsində silahlı separatizmi eyni vaxtda pisləmək, digərində isə romantikləşdirmək riyakarlıqdır, ikiüzlülükdür.

Beynəlxalq hüquq coğrafi cədvəl üzrə fəaliyyət göstərə bilməz.

«İşğal» ittihamlarına gəldikdə, Amerika qanunvericiləri konteksti diqqətlə nəzərdən keçirməlidirlər. Azərbaycan tərəfi 2020-ci il hadisələrini və sonrakı hadisələri öz ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası və Beynəlxalq Hüququn təntənəsi kimi qiymətləndirir.

Ermənistan tərəfi bu hadisələri tamamilə fərqli şəkildə təqdim edir. Məhz buna görə də bu cür suallar siyasi etiketlər deyil, beynəlxalq hüququn, sənədlərin və faktiki halların ciddi təhlilini tələb edir.

Eyni şey mədəni irsin məhv edilməsi iddialarına da aiddir. Mədəni irs obyektlərinin məhv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı konkret hallar araşdırılmalı və sənədləşdirilməlidir. Lakin, bütün bir dövləti mədəni irsi sistematik şəkildə məhv etməkdə ittiham etmək yalnız bir maraqlı tərəfin iddialarına əsaslana bilməz. Nəzərinizə catdıraq ki, Azərbaycan tərəfi Qafqaz Albaniyasının Çar Rusiyası dövründə, Sovetlər dönəmində impeiya tərəfindən işğalçı Ermənistanın xeyrinə rus idarəçilərinin mənəvi dəstəyi ilə oğurlanmış, mənimsənilmiş, erməniləşdirilmiş xristiyan milli-mədəni irsini yenidən bərpa edir

İndi isə fərqli bir ssenari qeyd edək. Təsəvvür edək ki, sabah bir qrup xarici parlamentari Ukraynaya məktub göndərərək Ukrayna məhkəməsi tərəfindən ağır cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılmasını tələb edir. Ukrayna hakimiyyəti haqlı olaraq soruşardı: Xarici siyasətçilər ədalət mühakiməsi cəzalandırılan hərbi cinayətkarların  azadlığa buraxılmasını nəyin əsasında tələb edirlər? Və Azərbaycanın bu gün də eyni sualı vermək hüququ var. Məhkəmə prosesinə hörmət edilməlidir.

Təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulmasına dair sübutlar varsa, onlar təqdim edilməlidir. Konkret hökmlə bağlı suallar varsa, onlar hüquqi vasitələrlə müzakirə edilə bilər. Lakin bütün hüquqi proseslər başa çatmamış təqsirləndirilən şəxsləri siyasi qəhrəmanlara çevirmək tamamilə fərqli bir yanaşmadır və qəbuledilməzdir.

Hüquq əvəzinə siyasət?

Geniş yayılmış bəyanatlarda Azərbaycana və onun rəhbərliyinə qarşı son dərəcə sərt siyasi ritorikadan istifadə edilməsi xüsusilə diqqət çəkir. Lakin, siyasi ritorika sübut deyil.

«Soyqırımı rejimi», «işğal» və «girovlar» kimi sözlər Azərbaycan və Ermənistan arasında Sülhün olmasının əleyhinə olan, ABŞ, Fransa, Rusiyada fəaliyyət göstərən erməni faşist lobbiçilərinin, revanşistlərinin, yeni müharibə tərəfdarlarını səfərbər edəcək və region yenidən müharibə meydanına çevriləcək

Siyasi kampaniya ilə ədalət arasındakı sərhəd məhz burada çəkilir. ABŞ eyni standartı tətbiq etməlidir. Azərbaycan xüsusi münasibət tələb etmir. Onun yalnız bir şey tələb etmək hüququ var: Vaşinqtonun digər dövlətlərdən tələb etdiyi eyni münasibət. Əgər ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirsə, bu prinsipə Azərbaycana münasibətdə də hörmət edilməlidir.

Əgər ABŞ müharibə cinayətkarlarının məsuliyyətə cəlb olunmasını tələb edirsə, eyni prinsip onların milliyyətindən asılı olmayaraq tətbiq olunmalıdır.

Əgər ABŞ mədəni irsin qorunmasını müdafiə edirsə, bütün xalqların abidələri qorunmalıdır.

Əgər ABŞ insan hüquqlarından danışırsa, müharibə qurbanların hüquqları da yadda saxlanılmalıdır.

Və əsas sual

Amerikalı senatorların öz siyasi mövqelərini ifadə etmək hüququ var. Amma Azərbaycanın da soruşmaq hüququ var:

-Azərbaycanlı ailələr onilliklər boyu ədalət gözləyərkən sizin dürüstlüyünüz harada idi?

-Azərbaycanlı mülki şəxslərə qarşı cinayətlərin araşdırılması tələbləri harada idi?

-Yüz minlərlə məcburi köçkünün geri qayıtmasını təmin etmək tələbləri harada idi?

-Dağıdılmış Azərbaycan şəhər və kəndlərinin taleyi ilə bağlı eyni dərəcədə səslənən bəyanatlar harada idi?

Tarix siyasi lobbiçilik alətinə çevrilməməlidir. Siyasi miflər müdafiə olunmalı deyil — qanun müdafiə olunmalıdır. Bu gün məsələ hansı milliyyətin daha çox rəğbətə layiq olmasında deyil. Söhbət hər bir cinayətin hüquqi qiyməti, hər bir qurbanın ədalət hüququ və hər bir təqsirləndirilən şəxsin ədalətli mühakimə hüququ olmalıdır. Əgər Amerika qanunvericiləri həqiqətən beynəlxalq hüququ müdafiə etmək istəyirlərsə, onun universallığından başlamalıdırlar. Çünki yalnız Vaşinqton üçün əlverişli olan ölkələrə şamil edilən qanun artıq qanun kimi qəbul edilmir.

Azərbaycanın öz dövlətçiliyinə, ərazi bütövlüyünə və məhkəmə sisteminə hörmət tələb etmək hüququ var. Vaşinqton təzyiq göstərmək əvəzinə, bu uzun müddətdir davam edən münaqişənin bütün qurbanlarını — yalnız maraqları hazırda nüfuzlu lobbi strukturları tərəfindən təmsil olunanları deyil, diqqətlə dinləməlidir. Ədalətin milliyyəti olmamalıdır. Müharibə cinayətlərinin siyasi örtüyü olmamalıdır. Beynəlxalq hüquqda isə ikili standartlar olmamalıdır.

Müdafiənin dini yox, universal prinsipi

Burada ən mühüm məsələ dini icmaların müdafiəsinə hansı meyarla yanaşılmasıdır. Əgər insan hüquqları universaldırsa, dini azadlıq da universal olmalıdır. Kilsə hücumdan qorunmalıdırsa, məscid də qorunmalıdır. Xristian mülki şəxsin həyatı qorunmalıdırsa, müsəlman, yəhudi, buddist və digər dinlərə mənsub mülki şəxslərin həyatı da eyni dəyərə malikdir. Bu, yalnız mənəvi prinsip deyil, beynəlxalq hüququn və müasir insan hüquqları anlayışının əsas məntiqidir: insanın hüququ onun dini kimliyindən asılı ola bilməz. Dövlət bir dini icmanı müdafiə edərkən digər dini icmaların təhlükəsizliyini görməzdən gəlirsə, müdafiə siyasəti universal hüquq prinsipindən uzaqlaşıb seçici yanaşma təsiri yarada bilər. Bu isə həm daxildə, həm də beynəlxalq aləmdə etimadı zəiflədə bilər.

Kilsə də qorunmalıdır, məscid də. Xristian da, müsəlman da eyni hüquqa malikdir. Dini kimliyindən asılı olmayaraq, hər bir mülki insanın həyatı eyni dəyərdədir. Belə yanaşma dini qarşıdurmanı deyil, dini azadlığın universallığını önə çıxarır.

ABŞ-ın qanunverici orqanları heç bir etnik lobbinin siyasi girovuna çevrilməməlidir!

Konqres və Senat üzvləri ayrı-ayrı lobbilərin maraqlarını deyil, qanunu, həqiqəti və təmsil etdikləri xalqın mənafeyini əsas götürməlidirlər. Əgər hər hansı təşkilat maliyyə və siyasi təsir imkanlarından istifadə edərək etnik düşmənçiliyi qızışdırır, xalqlar arasında nifrəti dərinləşdirir və dövlət siyasətinə qeyri-qanuni yollarla təsir göstərirsə, onun fəaliyyəti şəffaf şəkildə araşdırılmalı, qanun pozuntuları sübuta yetirildiyi halda məsuliyyət tədbirləri görülməlidir.

Türkiyəyə, Azərbaycana və bütövlükdə türk xalqlarına qarşı düşmənçilik təbliğatı demokratik dəyərlərin müdafiəsi adı altında legitimləşdirilməməlidir. Heç bir xalqın hüquqları digər xalqın hüquqlarının tapdanması hesabına müdafiə oluna bilməz!

ABŞ rəhbərliyinə və qanunvericilərinə açıq mesajım budur: demokratiyanın gücü lobbilərin maliyyə imkanları ilə deyil, qanunun aliliyi, siyasi müstəqillik və ədalətli qərarlarla ölçülür. Etnik nifrətə qarşı mübarizə seçici və ikili standartlarla aparıla bilməz.

ABŞ Konqresi və Senatı öz siyasi müstəqilliyini qorumalı, bütün lobbi fəaliyyətlərinə eyni hüquqi meyarlarla yanaşmalı və heç bir təşkilata qanundan üstün mövqe qazandırmamalıdır. Çünki ədalət yalnız güclülərə sərf edəndə deyil, hamıya eyni şəkildə tətbiq olunanda ədalətdir!

Türkofobiyaya yox! Ksenofobiyaya yox! Siyasi korrupsiyaya və etnik nifrətin alətə çevrilməsinə yox! Beynəlxalq hüquqa, ədalətə və xalqlar arasında qarşılıqlı hörmətə bəli!

Qurban Vahidov. Türk Dünyası Akademiklər Birliyinin üzvü, Turan Yazıçılar Birliyinin üzvü, Türk Dünyası Tarixçilər Şurasının üzvü, Qərbi Azərbaycan İcmasının üzvü, Soyqırım və Bəşəriyyətə Qarşı Cinayətlər üzrə Beynəlxalq Ekspert, Türk Dünyası Federasiyası  Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Məsələləri üzrə sədr müavini, «Barinajans.com» Xəbər və İnformasiya Saytının redaktoru, tədqiqatçı, yazıçı və jurnalist.

Bu xəbəri paylaşın: