9 oktyabr 2026-cı il, Azərbaycan Milli Ordusunun yaradılması haqqında qərarın qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət etmişdir. Tədbirdə AVMVİB-in Bakı şəhəri və Bakıətrafı rayon şöbə sədrləri, həmçinin üzvləri iştirak etmişlər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyası xalqın milli birlik və həmrəylik duyğularının möhkəmlənməsində mühüm rol oynayıb. Bu birlik çətin dövrlərdə xalqın öz ordusuna və Qələbəyə inamını yaşadıb. Azərbaycan Respubliaksının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu Azərbaycan Ordusunun güclənməsinə xidmət edib. Xalq, dövlət və ordunun birliyini ifadə edən “Dəmir yumruq” 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfərin rəmzinə çevrilib.
Şəhidlər xiyabanına ziyarət həmin Zəfər naminə həyatını fəda etmiş qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsi olub.
AVMVİB-in Mətbuat xidməti

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
