Kəlbəcərli gənc müxbir kimi Kəlbəcərə getdi, nənəsinin çaydanını tapıb gətirdi-VİDEO

O, Kəlbəcərdə alınladan olmayıb. Atası cəmi 17 yaşında doğma yurdundan məcburi köçkün düşüb. İllər sonra isə bir televiziya kanalının müxbiri kimi Kəlbəcərə çəkilişə gedən gənc jurnalist ata-baba yurdunu ziyarət edib. Baba evini lentə alan müxbir sevincini bu sözlərlə bölüşüb: «Ata yurdumdayam!»

Bəzən bir çaydan bir evin, bir ocağın, bir nəslin xatirəsini yaşadır. Nənəsinin çaydanını tapıb gətirmək isə sadəcə bir əşyanı geri qaytarmaq deyil, illərin həsrətinə, ailə yaddaşına qovuşmaqdır. Bu, torpağa bağlılığın, köklərə sədaqətin ən təsirli nümunəsidir.

Bu xəbəri paylaşın: