İlqar Mustafa oğlu Mustafayev Laçın rayonundandır. O, tibb texnikumunu bitirmişdir. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə getmişdir. Məlumata görə, o, 703 saylı hərbi hissədə qulluq edirmiş. Həkim kimi xidmət etməklə yanaşı, döyüşlərə də qatılırmış. 27 dekabr 1993-cü ildə Ağdərədən Papravənd istiqamətinə gedən döyüşlərin birində komandiri ilə birlikdə şəhid olmuşdur. Nəşini götürmək mümkün olmamışdır. Sonradan erməni silahlı qüvvələri irəliləyərək Ordumuzun qoruduğu mövqeləri ələ keçirmişdir.
Sizlərdən xahişimiz budur ki, bu məlumatı “WhatsApp” qruplarında paylaşasınız. İlqar Mustafayevin şəhid olduğu yeri tanıyan, həmin döyüşdə iştirak etmiş döyüş yoldaşlarını tanıyan və ya o döyüş haqqında məlumatı olan varsa, bizə xəbər versinlər. Həmin yeri müəyyənləşdirə bilsək, dövlətin köməkliyi ilə həmin əraziyə baxış keçirmək istəyirik ki, İlqar Mustafayevin və onunla birlikdə şəhid olan (səhv etmirəmsə, adı Rafiq olub) şəhidimizin nəşinin tapılması istiqamətində axtarış apara bilək.
Məlumatı olanlar Natiq Mustafayevlə əlaqə saxlasınlar: mob. 050 552 62 62
