Veteranlar Füzuli və Xaqani Rzaquliyev qardaşlarının məzarlarını ziyarət ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Birliyin Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Rövşən İsmayılxanlı və Naxçıvandan olan bir qrup fəal nümayəndə Birliyin mərhum sədri Füzuli Rzaquliyevin və onun qardaşı, Birliyin mətbuat xidmətinin sabiq rəhbəri Xaqani Rzaquliyevin məzarlarını ziyarət ediblər.

Ziyarətdə Birliyin sədrinin birinci müavini Vahid Abdurəhmanov, Nəzarət-Təftiş Komissiyasının sədri Niyazi Quliyev, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov və Birliyin şöbə müdiri Əhli Həbiyev iştirak ediblər.

Ziyarət zamanı mərhumların məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub və xatirələri dərin ehtiramla yad edilib.

Qeyd olunub ki, Füzuli və Xaqani Rzaquliyev qardaşları Birliyin qurucularından olublar və onun yaradılmasında, ilkin təşkilatlanmasında xüsusi xidmət göstəriblər. Onlar uzun illər Birliyin inkişafı, veteran hərəkatının möhkəmlənməsi və döyüş yoldaşlarının bir araya gəlməsi üçün çalışıblar.

Onların əziz xatirəsi Birliyin üzvlərinin və bütün veteran ictimaiyyətinin qəlbində yaşayacaq.

Allah hər iki qardaşa rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-11-15-at-22-42-43

Whats-App-Image-2026-11-15-at-22-40-43

Bu xəbəri paylaşın: