Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri — istefada olan polis kapitanı Həsənov Seyfi İnqlab oğlunun ad günüdür. Oktyabr ayının 27-si onun 67 yaşı tamam olur.
Seyfi Həsənov 1958-ci ilin oktyabr ayının 27-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində zəhmətkeş ailədə anadan olub.
O, 1975 ci ildə Ucar rayonunda orta məktəbi bitirib. 1977- 1979 cu ildə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətə olub. Hərbi xidməti başa vurduqdan sonra uzun illər Rusiyada və Ukraynanın Xarkov şəhərində yaşayıb və orada işləyib. 1992- 1995 ci ilərdə Azərbaycan Respublikasının Daxili işlər nazirliyinin Ucar rayon Polis şöbəsində post- patrul xidməti bölüyün kamandiri vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. 1998-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) səlahiyyətli nümayəndəsi və AVMVİB Zərdab rayon şöbəsinin sədri vəzifəsindədir.

44 günlük Vətən müharibəsində Seyfi Həsənov hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Seyfi İnqlab oğlu Həsənovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzu edir.
AVMVİB Mətbuat xidmət
