Yevlaxda şəhid Faiq Adıgözəlovun anım günü qeyd edilib

10 oktyabr 2026-cı ildə Yevlax şəhərində Vətən müharibəsi şəhidi Faiq Mehdi oğlu Adıgözəlovun anım günü qeyd edilib. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub.

Yevlax rayonunun Nemətabad kəndində anadan olan Faiq Adıgözəlov Vətən müharibəsində Talış–Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 10 oktyabr 2020-ci ildə şəhid olub.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: