Kəlbəcər 84 saylı tam orta məktəbdə şəhid Etibar Məmişovun mövludu qeyd olunub

Kəlbəcər 84 saylı tam orta məktəbdə şəhid Etibar Məmişovun mövludu münasibətilə anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Azərbaycan dövləti və xalqı uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Həsən Teymur oğlu İmanov, AVMVİB-in Maştağa qəsəbəsi üzrə özək sədri Mustafa müəllim, şəhid Mehman Musayevin nişanlısı Sevda Əliyeva, məktəbin direktoru və şəhidin bacısı Həqiqət Məmişova, qazı Vəliyev Qəzənfər, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həqiqət Məmişova şəhidin uşaqlıq illərindən danışıb. O, bu kimi tədbirlərin keçirilməsinin uşaqların vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını vurğulayıb. Digər çıxış edənlər də şəhidlərimizin daim xatırlanmasının vacibliyini qeyd edib, bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Qeyd edək ki, Məmişov Etibar Xansuvar oğlu 10 oktyabr 1971-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, 1993-cü il aprelin 1-də itkin düşüb. Xansuvar kişinin ailəsi məcburi köçkün kimi Göygöl rayonunda məskunlaşıb. Etibarın anası və atası dünyalarını dəyişənədək gözlərini Murov dağından çəkməyib, oğullarının yolunu gözləyiblər.

Whats-App-Image-2026-10-10-at-12-56-34

Whats-App-Image-2026-10-10-at-12-56-35

Whats-App-Image-2026-10-10-at-12-56-35-(1)

Whats-App-Image-2026-10-10-at-12-56-35-(2)

Whats-App-Image-2026-10-10-at-12-56-36

Whats-App-Image-2026-10-10-at-12-56-36-(1)

Whats-App-Image-2026-10-10-at-12-58-51

Whats-App-Image-2026-10-10-at-12-58-52

Whats-App-Image-2026-10-10-at-12-58-53

Whats-App-Image-2026-10-10-at-12-58-53-(1)

Whats-App-Image-2026-10-10-at-12-58-54

Whats-App-Image-2026-10-10-at-12-58-55

Whats-App-Image-2026-10-10-at-12-58-56

Whats-App-Image-2026-10-10-at-12-58-57

Whats-App-Image-2026-10-10-at-12-58-57-(1)

Whats-App-Image-2026-10-10-at-12-58-58

Bu xəbəri paylaşın: