Hacıqabulda Milli Dirçəliş Günü münasibətilə gənclər mükafatlandırılıb

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Hacıqabul rayon şöbəsi tərəfindən yarışda uğur qazanan uşaq və yeniyetmə idmançıların mükafatlandırılması mərasimi keçirilib. Şöbənin sədri Nəriman müəllimin rəhbərliyi ilə təşkil olunan mərasimdə Açıq Qarabağ turnirində fərqlənən idmançılar təltif olunublar.

Ağdam şəhərində keçirilən turnirdə Hacıqabul İdman Klubunun yeddi idmançısı müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə mübarizə aparıb. Onların hamısı yarışı mükafatlı yerlərlə başa vurub. Klubun üç təmsilçisi birinci, üçü ikinci, biri isə üçüncü yerə layiq görülüb.

Birinci yerin qalibləri

Ceyhun Aqil oğlu Dadaşov — 2014-cü il təvəllüdlü, Batur – qarışıq döyüş sistemi üzrə;

Vaqif Misirxan oğlu Cəfərli — 2015-ci il təvəllüdlü, Batur – qarışıq döyüş sistemi üzrə;

Yusif Xaliq oğlu Hüseynli — 2014-cü il təvəllüdlü, Batur – qarışıq döyüş sistemi üzrə.

İkinci yeri tutan idmançılar

Oruç Elvin oğlu Kazımov — 2015-ci il təvəllüdlü, Batur – qarışıq döyüş sistemi üzrə;

Dərgah Azad oğlu Ələkbərov — 2014-cü il təvəllüdlü, Qurşaq – güləş sistemi üzrə;

Nadir Taleh oğlu Mirzəyev — 2016-cı il təvəllüdlü, Batur – qarışıq döyüş sistemi üzrə.

Üçüncü yerin mükafatçısı

Əli Şəhriyar oğlu Babazadə — 2016-cı il təvəllüdlü, Caymaz – kikboks üslubunda döyüş üzrə.

Mükafatlandırma mərasimi gənc idmançıların nailiyyətlərini qiymətləndirmək, onların yarışlarda göstərdikləri əzmkarlığı dəstəkləmək və növbəti uğurlara həvəsləndirmək məqsədi daşıyıb.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-11-17-at-21-31-30

Whats-App-Image-2026-11-17-at-21-31-30-(1)

Whats-App-Image-2026-11-17-at-21-31-31

Bu xəbəri paylaşın: