Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Hüseynov Həbib Məhərrəm oğlunun yubileyidir. Oktyabr ayının 31-də Həbib müəllimin 51 yaşı tamam olur.
Müharibə Veteranı Hüseynov Həbib Məhərrəm oğlu 1974 -ci ilin oktyabr ayının 31 -də Azərbaycan Respublikasının Göygöl rayonun Sarısu kəndində zəhmətkeş ailədə anadan olub. 1989-cu ildə Göygöl rayonun Sarısu kənd orta məktəbi, 1997-ci ildə insitituta daxil olub. 2002-ci ildə isə Sverdlovski şəhərində Bədən Tərbiyəsi və İdman Ünverstetini bitrib.
1992-1996- cı illərdə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə olub. O, Azərbaycan ordusunun tərkibində Qubadlı, Kəlbəcər və Goronboy rayonunları istiqamətində gedən döyüşlərdə iştirak edərək ona, həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın, Hərbi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Hərbici və döyüşcü yoldaşları onu vətənpərvər, qorxmaz, saxavətli, insanpərvər, zəhmətkeş, əliacıq insan kimi dəyərləndırırlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi mühitdə, istərsədə dost- tanış, qohum- əqraba arasında özünə layiq hörmət qazanıb.
44 günlük Vətən müharibəsində Hüseynov Həbib Məhərrəm oğlu ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gələrək daimi döyüş bölgələrində hərbi qulluqçularmızın yanında olaraq onlara öz köməkliyini əsirgəməmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi Hüseynov Həbib Məhərrəm oğlununu doğüm günü münasibəti ilə təbrik edir, ona uzun ömür və nailiyyətlər arzu edir.
AVMVİB-in Mətbuat xidməti

