AVMVİB-in Səbail rayon şöbəsində Füzuli Rzaquliyevin xatirəsi anılıb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon şöbəsində birliyin mərhum sədri Füzuli Rzaquliyevin vəfatı ilə əlaqədar cümə axşamı ehsanı verilib.

Mərasimdə AVMVİB sədrinin səlahiyyətlərini icra edən, birliyin sədrinin birinci müavini Vahid Abdurəhmanov mərhumun oğlu İlkin Rzaquliyevə başsağlığı verib. O, ehsan süfrəsinin təşkilinə görə AVMVİB-in Səbail rayon şöbəsinin sədri Fəqan müəllimə təşəkkürünü bildirib.

Çıxışında Füzuli Rzaquliyevin həyat və döyüş yolundan danışan Vahid Abdurəhmanov onu Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış vətənpərvər insan kimi səciyyələndirib. Digər natiqlər də mərhumla bağlı xatirələrini bölüşərək onun mərdliyini, vətənə sədaqətini və nümunəvi insani keyfiyyətlərini ehtiramla yad ediblər. Mərhumun oğlu İlkin Rzaquliyev də atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə AVMVİB rəhbərliyinə, ehsan süfrəsinin təşkilatçılarına və mərasim iştirakçılarına təşəkkürünü bildirib.
Mərasimin sonunda Füzuli Rzaquliyevin ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!

876

0o0ugv

87f544df

Whats-App-Image-2026-11-27-at-16-34-34

Whats-App-Image-2026-11-27-at-16-34-36

Whats-App-Image-2026-11-27-at-16-34-36-(1)

Whats-App-Image-2026-11-27-at-16-34-36-(2)

Whats-App-Image-2026-11-27-at-16-34-36-(3)

Whats-App-Image-2026-11-27-at-16-34-37

Whats-App-Image-2026-11-27-at-16-34-39

Whats-App-Image-2026-11-27-at-16-34-39-(1)

Whats-App-Image-2026-11-27-at-16-34-40

Whats-App-Image-2026-11-27-at-16-34-40-(1)

Bu xəbəri paylaşın: