Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sabiq mətbuat xidmətinin rəhbəri Xaqani Rzaquliyevin vəfatının və dəfn olunmasının dördüncü ildönümü ilə əlaqədar Birliyin rəhbərliyi onun məzarını ziyarət edib.
Ziyarət zamanı məzarının üzərinə gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub.
Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasında, formalaşmasında və təşkilatlanmasında yaxından iştirak etmiş, qardaşı Füzuli Rzaquliyevlə uzun illər çiyin-çiyinə çalışaraq veteran hərəkatının inkişafına öz töhfəsini vermişdir. O, yalnız təşkilatın mətbuat xidmətinin rəhbəri deyil, həm də bu böyük veteran ailəsinin ayrılmaz üzvlərindən biri idi.
Bu gün həm Füzuli müəllimin, həm də Xaqani müəllimin yoxluğu ağır hiss olunur. Onların birgə gördüyü işlər, çəkdikləri zəhmət və veteran təşkilatına bağlılıqları yaddaşımızda yaşayır.
Xaqani müəllim, xatirən bizim üçün əzizdir. Allah sənə və bütün dünyasını dəyişmiş döyüşçü dostlarımıza rəhmət eləsin. Məkanın cənnət olsun!
AVMVİB-in Mətbuat xidməti
.jpg)

