Şəhid Teymur Osmanlının anım mərasimi keçirilib

17 oktyabr 2026-cı il tarixində şəhid Teymur Saday oğlu Osmanlının anım mərasimi keçirilib. Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin bir qrup üzvü iştirak edib.

Anım mərasiminə şəhid ailələri, kənd üzrə icra nümayəndəsi, rayon bələdiyyəsinin nümayəndələri, Cülyan kənd məktəbinin və 1 nömrəli məktəbin şagirdləri, şəhidin qohumları və dostları da qatılıblar.

Tədbirdə Teymur Osmanlı ilə bağlı xatirələr bölüşülüb, onun əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub. Anım mərasimi yüksək səviyyədə təşkil olunub.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-10-17-at-13-02-11

Whats-App-Image-2026-10-17-at-13-02-11-(1)

Bu xəbəri paylaşın: