Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şəmkir rayon şöbəsinin sədri, istefada olan kapitan Vəliyev Tahir Hüseyin oğlunun ad günüdür. Sentyabr ayının 29-da onun 71 yaşı tamam olur.
Vəliyev Tahir Hüseyin oğlu 1953-cü ilin sentyabr ayının 29 -da Azərbaycan Respublikasının Şəmkir rayonun Düyərli kəndində doğumuşdur. 1970-ci ildə Şəmkir rayonun Düyərli kəndində orta məktəbi, 1975-ci ildə Bakı Neft Sənayesi texnikomunu, 1977-ci ildə Sovet Ordusunun Sankt-peterburq (kecmiş Leninqrad) şəhərində gizirlər məktəbini, 1992-ci ildə isə Bakı Ali Birləşmiş komandirlər məktəbini bitrib.
1973 — 1974-cü illərdə Sovet Ordusunun Macarıstanda yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə olub. 1975 — 1991 -ci illərdə Sovet ordusunda müxtəlif vəzifələrdə işləyib.
1992 — 2000-ci İllərdə Azərbaycan Ordusunun Ağdərə, Gəlbəcər və Gədəbəy rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, Tank bölüyün komandiri vəzifələrində Vətənə, Dövlətə və Xalqa xidmət etmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdərə, Gəlbəcər və Gədəbəy rayonları istiqamətdə gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəlmişdir.
Tahir Vəliyev 2018-ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şəmkir rayon şöbəsinin sədridir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, o cümlədən səbəbkarın ailəsi, dostları, iş və döyüş yoldaşları Tahir Vəliyevi təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır!
AVMVİB Mətbuat xidməti