Müəllimsiz günümüz olmasın

«Müəllim gününə sözardı — müəllimsiz günümüz olmasın»
Müəllim sadəcə öyrədən deyil, insanın içindəki işığı oyadandır.
Müəllim bir ömrə yol göstərən, bir qəlbə ümid verən, bir insanın taleyinə toxunandır. O, şagirdinin uğurunda öz sevincini, kədərində öz ağrısını tapan böyük ürək sahibidir.
Müəllim xalqın gələcəyinə qoyulan ən müqəddəs sərmayədir. Çünki müəllim yalnız bilik vermir — düşünməyi, insan olmağı, Vətənə və xalqa faydalı yaşamağı öyrədir.
Cəlil Məmmədquluzadə də belə müəllimlərdən idi — qələmi ilə xalqının gözünü açmağa, onu maarifə və düşüncəyə səsləməyə ömrünü həsr edən böyük ziyalı.
Müəllim varsa, ümid var.
Müəllim varsa, gələcək var.
Müəllimsiz günümüz, müəllimsiz sabahımız olmasın!

Elnur Səlim

Bu xəbəri paylaşın: