AVMVİB-in Yevlax şəhər şöbəsi şəhidlərin xatirəsini yad edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yevlax şəhər şöbəsinin üzvləri şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Anım Günü çərçivəsində müharibə veteranları şəhidlərin məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri düzüb, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhuna dualar oxuyublar.

Ziyarət zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda edən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Veteranlar döyüş yoldaşlarının məzarları qarşısında onların xatirəsini bir daha ehtiramla anaraq şəhid ailələrinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-09-27-at-18-24-01

Whats-App-Image-2026-09-27-at-18-24-26

Bu xəbəri paylaşın: