Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib

27 Sentyabr – Anım Günü münasibətilə Beyləqan rayonunda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini (AVMVİB) tədbirdə sədr müavini Akif Həsənov təmsil edib.

Tədbir iştirakçıları Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Çıxışlarda şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən, döyüşçülərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan danışılıb. Qeyd olunub ki, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim uca tutulacaq, onların qəhrəmanlıq yolu gələcək nəsillərə ötürüləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

AVMVİB Qarabağ Bölgə müxbiri
Elçin Qədirov

Whats-App-Image-2026-09-27-at-11-53-54

Whats-App-Image-2026-09-27-at-11-53-54-(1)

Whats-App-Image-2026-09-27-at-11-53-55

Whats-App-Image-2026-09-27-at-11-53-55-(1)

Whats-App-Image-2026-09-27-at-11-53-55-(2)

Whats-App-Image-2026-09-27-at-12-02-54

Bu xəbəri paylaşın: