27 Sentyabr – Anım Günü münasibətilə Yardımlı rayonunda Şəhidlər xiyabanında anım tədbiri keçirilib.
Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, hazırda icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Azər Xamiyev, şəhid valideynləri, rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri və üzvləri, eləcə də müharibə veteranları iştirak ediblər.
Anım mərasimində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib. İştirakçılar şəhidlərin xatirəsinə ucaldılmış abidə və onların şəkilləri önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.
Bildirilib ki, Vətən uğrunda ən qiymətli varlığından – canından keçən şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
AVMVİB-in Mətbuat xidməti








